«Paide» «Zirə» ilə matç ərəfəsində: Baş məşqçidən iddialı mesajlar

17.07.26 | 16:18
Ölkə futbolu

Konfrans Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda Litvanın «Hegelman» klubunu 3:0 hesabı ilə məğlub edən Estoniyanın «Paide» komandası növbəti mərhələyə adlayıb. Ümumi 4:1-lik hesab estoniyalıların ikinci mərhələdə «Zirə» ilə qarşılaşmasını şərtləndirib.

Oyunsonrası mətbuat konfransında çıxış edən «Paide»nin baş məşqçisi Tarmo Kink komandasının çıxışını şərh edib və qarşıdakı rəqiblə bağlı fikirlərini bölüşüb.

Kink qələbənin əsas səbəbi kimi futbolçuların yüksək konsentrasiyasını göstərib. «Oyun zamanı bir anlıq diqqətsizlik böyük fəsadlara səbəb ola bilərdi. 3-cü qol matçın taleyini həll etdi, oyunun keyfiyyətində hələ artım üçün potensialımız var, lakin mövcud vəziyyətdən razıyam», – deyə mütəxəssis bildirib.

«Paide»nin baş məşqçisi Tarmo Kink komandasının növbəti mərhələdəki rəqibi olan «Zirə» ilə bağlı iddialı mesajlar verib. Rəqib komandanın heyət dəyərinin estoniyalıların heyətindən altı dəfə yüksək olması faktını şərh edən mütəxəssis, statistik göstəricilərə skeptik yanaşdığını vurğulayıb: «Bu rəqəmlər mənim üçün heç bir məna kəsb etmir. Futbol rəqəmlərlə oynanılmır. Əgər onlar bizdən altı dəfə çox xal toplamış olsaydılar, o zaman başqa cür danışardıq. Meydana çıxacağıq və hər şeyi yaşıl meydan göstərəcək».

Bakı səfəri öncəsi təqvim üstünlüyünə də toxunan estoniyalı çalışdırıcı, ilk oyunun öz meydanlarında keçirilməsini müsbət amil kimi dəyərləndirib. Kink bunun komandaya uzun yol yorğunluğu olmadan, doğma şəraitdə sakit şəkildə hazırlıq keçmək imkanı verəcəyini qeyd edib. «Paide» ikinci təsnifat mərhələsində «Zirə» ilə qarşılaşmağa hazırlaşır. Kink rəqib haqqında məlumatlarının az olduğunu etiraf etsə də, Azərbaycan çempionatının güclü və maddi resurslarla təmin olunmuş liqa olduğunu vurğulayıb.

Paylaş:

Xəbər Lenti

Nyu-Yorkda “ulduz paradı” və Messinin gözlənilməz gedişi

18.07.26 | 18:43

“Tale qovuşması”: Messinin körpə Yamalla fotosu dünya gündəmində

18.07.26 | 17:20

Bolqarıstan mətbuatı “Qarabağ”dan yazır: “Yaralı, lakin təhlükəli”

18.07.26 | 17:34

UEFA-dan ÇSKA-ya sərt xəbərdarlıq: Bakıdakı oyuna azarkeş qadağası istisna edilmir

18.07.26 | 16:46

Süleymanlıdan ardıcıl üçüncü heç-heçə

18.07.26 | 16:05

KL-dəki təmsilçilərmizin hər iki oynunun yeri və vatı bəlli oldu

18.07.26 | 16:33

“Sabah” və KuPS-un mətbuat konfranslarının vaxtı müəyyənləşib

18.07.26 | 15:42

Mahir Emreli “Rakuv”a keçir

18.07.26 | 15:38

Konfrans Liqasında klublarmızın oyunlarını idarə edəcək hakimlər bəlli olub

18.07.26 | 15:05

“Turan Tovuz” Türkiyə toplanışına bərabərliklə başladı

17.07.26 | 21:47

Qalmaqallı keçmişi ilə yadda qalan hakim: Narkotika, silah, qadın alveri, həbs…

17.07.26 | 17:14

«Paide» «Zirə» ilə matç ərəfəsində: Baş məşqçidən iddialı mesajlar

17.07.26 | 16:18

Premyer Liqada 2026/2027 mövsümünün püşkü atıldı

17.07.26 | 15:52

Ölkə Kubokunun finalının vaxtı açıqlandı

17.07.26 | 15:22

“Qarabağ”ın Avropa Liqasındakı oyunlarının vaxtı və məkanı müəyyənləşib

17.07.26 | 15:03

“Neftçi”nin Konfrans Liqasındakı oyunlarının vaxtı dəqiqləşdi

17.07.26 | 15:26

Okan Burukun tənqid etdiyi hakimə böyük etimad

17.07.26 | 15:56

Rüştü Rəçbərdən Məhəmməd Salah açıqlaması

17.07.26 | 14:30

Vinçiç göz yaşlarına hakim ola bilmədi: Mundialın finalı ona tapşırıldı

17.07.26 | 14:33

Pelenin 1958-ci il finalındakı forması hərracda rekord qırdı

17.07.26 | 14:32