DÇ-2026-nın qrup mərhələsinin II turunda Paraqvayla qarşılaşacaq Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella start heyətində ciddi dəyişikliklərə əl atıb. İlk turda Avstraliyaya məğlub olan “ay-ulduzlular”ın italyan çalışdırıcısı bu kritik matçda fərqli oyun planına keçid edir.
Montella ilk görüşdə əsas heyətdə meydana çıxan Barış Alper Yılmaz və Zeki Çeliki ehtiyat oyunçular skamyasına oturdub. Onun bu qərarı matçöncəsi ən çox müzakirə edilən taktik gediş olub. İtalyan mütəxəssisin Paraqvay qarşısında hücum xəttini Arda Gülər, Yunus Akgün, Kenan Yıldız və Kerem Aktürkoğluna həvalə edəcəyi gözlənilir.
Dünya çempionatındakı yoluna davam etmək üçün mütləq qələbə qazanmalı olan komandaların ehtimal olunan heyətləri belədir:
Türkiyə: Uğurcan, Mert, Merih, Abdülkerim, Ferdi, İsmail, Hakan, Arda, Yunus, Kenan, Kerem.
Paraqvay: Hil, Kaseres, Qomes, Alderete, Alonso, Kubas, Qomes, Almiron, Maurisio, Ensiso, Sanabriya.