Memonun vida göz yaşları: “Milli komandasız bir karyera təsəvvür edə bilmirəm”

16.06.26 | 17:28
Dünya futbolu

O, Meksika futbolunun canlı əfsanəsi və əsl rəmzidir. Təcrübəli qolkiper bu günlərdə pərəstişkarlarını kədərləndirən, eyni zamanda qürurverici bir bəyanatla çıxış edib.

“Milli komandadakı dövrüm artıq başa çatır” – deyə 41 yaşlı Gilyermo Oçoa bildirib. Meksikanın müştərək ev sahibliyi etdiyi cari dünya çempionatı “Memo”nun karyerasında ardıcıl 6-cı və sonuncu planetar turnirdir. Az qala bir aydan sonra 41 yaşı tamam olacaq əfsanəvi qapıçı mundialın ardınca böyük futbolla birdəfəlik vidalaşacağını elan edib.

FİФА-nın rəsmi saytına müsahibə verən Oçoa, göz yaşlarını saxlaya bilməyib: “Öz karyeramı milli komandasız təsəvvür edə bilmirəm. Yığma olmasaydı, keçdiyim bu yolun necə olacağını ağlıma belə gətirmirəm. Amma indi mənim üçün millidəki yolun sonudur. Və mən artıq yaşıl meydanlarda oynamağa davam etmək üçün bir səbəb görmürəm”.

Hazırda Meksika yığmasının ehtiyat qapıçısı olan Oçoa, geridə qalan mövsümü Kiprin AEL (Limassol) klubunda keçirib. O, adalıların heyətində 26 rəsmi matçda meydana çıxıb və bu oyunların 6-da qapısını toxunulmaz saxlayıb.

Təcrübəli əlcək sahibi turnirdəki hər andan zövq aldığını vurğulayıb: “Bu çempionatın hər anının dadını çıxarıram. Meydanda hər şeyimi verdim. Futboldan başımı dik tutaraq ayrılacağam. Yaşadığım bu möhtəşəm tarixə görə yalnız qürur hissi keçirirəm”.

Paylaş:

Xəbər Lenti

Fransa Seneqal səddini aşmaqda çətinlik çəkir – YRNİLƏNİR

16.06.26 | 23:28

Alfonso Dominqesdən minimum bürünc

16.06.26 | 23:43

Püşk “Qarabağ”a İslandiya klubunu rəqib seçdi

16.06.26 | 23:14

“Zirə”nin Konfrans Liqasındakı  rəqibi bəlli oldu: “Qartallar” Gürcüstan təmsilçisi ilə qarşılaşacaq

16.06.26 | 23:30

Çempionlar Liqasında püşk atıldı: “Sabah” Uels klubu ilə qatşılaşacaq

16.06.26 | 18:02

Messinin DÇ-2026-dakı “təvazökar” sığınacağı: BILD Argentina düşərgəsinin sirlərini açır

16.06.26 | 17:58

Memonun vida göz yaşları: “Milli komandasız bir karyera təsəvvür edə bilmirəm”

16.06.26 | 17:28

İspanlar çıxılmaz vəziyyətdə: “Bu, tarixi bir uğursuzluqdur!”

16.06.26 | 17:06

Koreya millisində media böhranı: Jurnalistlərin ehtiyatsızlığı komandanı ayağa qaldırdı

16.06.26 | 17:12

“Araz-Naxçıvan” Cavid Hüseynova tapşırıldı

16.06.26 | 16:59

Yubilyar haqqında düşüncələr

16.06.26 | 16:34

Aldanmış Kəvakib

16.06.26 | 14:01

Sabri Lamuşi mundial tarixinə düşdü: Cəmi bir oyundan sonra..

16.06.26 | 11:48

“Bavariya”nın əfsanəsi Mehmet Şollun evinə basqın olub

16.06.26 | 11:39

“Sabah” Patrik Mbinanın transfer hüquqlarına sahib oldu

16.06.26 | 11:50

Qismət Alıyev gələcək karyerası ilə bağlı yekun qərarını verdi

16.06.26 | 11:53

Konfrans Liqası: “Zirə”nin ilk rəqibi bu gün bəlli olacaq

16.06.26 | 11:58

Çempionlar Liqası: “Sabah”ın turnirdəki ilk rəqibi bəlli olur

16.06.26 | 10:52

Bu gün “Qarabağ”ın Avropa Liqasındakı rəqi bəlli olacaq

16.06.26 | 10:16

“Turan Tovuz”un avrokubok qapısı rəsmən bağlandı

16.06.26 | 10:32