Madriddə bərabərlik: Dyökereş və Alvaresdən isə rekord

30.04.26 | 07:02
Dünya futbolu

Oyundan əvvəl “Arsenal”ın UEFA-ya müraciət edərək “Metropolitano” stadionunda qazonun hündürlüyünü ölçdürməsi böyük maraqla qarşılanmışdı. Görünür, londonlular “Barselona” üslubunda baxımlı və hücumameyilli futbol nümayiş etdirməyə hazırlaşırdılar. Ölçmələr nəticəsində otun uzunluğunun 26 millimetr olduğu (qaydalara görə maksimum 30 mm icazə verilir) və normaya tam uyğun gəldiyi məlum oldu. Lakin meydandakı mənzərə gözləntilərdən fərqli idi.

Komandalar matçın böyük hissəsini bərabər səviyyədə, sıx müdafiə və bloklarla keçirdilər. Çox az sayda əks-hücumun olduğu bu cür qapalı oyunlarda isə köməyə həmişəki kimi klassik standart vəziyyətlər çatdı.

İlk hissənin sonlarına yaxın “Arsenal” hesabı açmağı bacardı. 42-ci dəqiqədə “Atletiko”nun müdafiəçisi David Qantsko cərimə meydançasında Viktor Dyökereşi kürəyindən itələdi. Baş hakim Danni Makkeli tərəddüd etmədən penalti nöqtəsini göstərdi və isveçli hücumçu fürsəti əldən vermədi. “Opta”nın məlumatına görə, Dyökereş ilk hissədə topla cəmi 10 dəfə təmasda olub (meydandakı ən aşağı göstərici), lakin həm penalti qazanıb, həm də fərqlənib. O, Çempionlar Liqasının bu qədər yüksək mərhələsində qol vuran ilk isveçli futbolçu kimi tarixə düşdü. Xatırladaq ki, əfsanəvi Zlatan İbrahimoviç turnirdə maksimum 1/4 final mərhələsində fərqlənə bilmişdi. Maraqlıdı ki, “Arsenal” hesabı çərçivəyə vurduğu elə ilk zərbə ilə açdı.

Fasilədən sonra Madrid təmsilçisi təzyiqi artırdı və bəzi epizodlarda “Arsenal”ı öz cərimə meydançasına sıxışdırdı. 56-cı dəqiqədə “Atletiko” hesabı bərabərləşdirməyə nail oldu – qol yenə də penaltidən gəldi. Markos Lyorentenin havadan vurduğu zərbədən sonra top Ben Vaytın əvvəlcə baldırına, oradan isə əlinə dəydi. VAR-ın müdaxiləsindən və epizoda baxışdan sonra hakim Makkeli bu dəfə meydan sahiblərinin xeyrinə 11 metrlik cərimə zərbəsi təyin etdi.

Topun arxasına keçən Xulian Alvares dəqiq oynayaraq hesabı 1:1 etdi. Bu, argentinalının Çempionlar Liqasında 14 matçda vurduğu 10-cu qol idi və “Atletiko” tarixində bir ilkdir. Cari mövsümdə ondan daha çox qol vuran yalnız Harri Keyn (13) və Kilian Mbappedir (15). Az sonar Alvares Ebereçi Eze ilə mübarizədə zədələnərək meydanı tərk etməli oldu.

Matçın sonlarına yaxın “Arsenal”ın ikinci penalti qazanmaq şansı yarandı. Həmin Qantsko bu dəfə cərimə meydançasında Ezenin topuğuna toxunsa da, VAR hakimi ilə məsləhətləşmədən sonra qərar dəyişdirildi və penalti ləğv edildi. Hər halda, Çempionlar Liqasının yarımfinalında iki penalti qoluna şahidlik etmək kifayət qədər nadir hadisədir.

Çempionlar Liqası, 1/2 final (İlk oyun)

“Atletiko” (İspaniya) – “Arsenal” (İngiltərə) 1:1 (0:1)

Oollar: Alvares, 56 (p.) – Dyökereş, 44 (p.)

Cavab oyunu mayın 5-də keçiriləcək.

Paylaş:

Xəbər Lenti

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07