Kurban Berdiyev: “Kuboku çempionata, çempionatı isə kuboka qurban vermək niyyətimiz yoxdur”

10.03.26 | 07:06
Ölkə futbolu

Bakıda “Neftçi” səddini aşan “Turan-Tovuz” qələbə seriyasını uğurla davam etdirir. Qapısını toxunulmaz saxlayaraq növbəti üç xalını qazanan komandanın baş məşqçisi Kurban Berdiyev, oyundan sonra qələbəni şərh edib və turnir cədvəli ilə bağlı gözləntilərini bölüşüb.

 Təcrübəli mütəxəssis komandadakı intizamın və qazanılan nəticənin əsas səbəbini belə izah edib: “Hər iki komanda maraqlı və baxımlı oyun nümayiş etdirdi. Qazandığımız üç xala görə çox şadam. Hesab edirəm ki, futbolçularım bu gün meydanda göstərdikləri əzmə görə bu qələbəyə tam layiq idilər”.

Komandanın turnir cədvəlindəki yüksəlişi və bürünc medal iddiaları barədə suala Berdiyev təmkinlə yanaşıb. O, əsas diqqəti nəticəyə deyil, hazırlıq prosesinə yönəltdiklərini vurğulayıb: “Mən əvvəllər də qeyd etmişəm: biz rəqibdən asılı olmayaraq hər oyuna ayrılıqda hazırlaşırıq. İstər kubok matçı olsun, istərsə də çempionat, fərqi yoxdur. Hazırda turnir cədvəlinə baxmırıq, mövsümün sonunda hər şey bəlli olacaq”.

“Turan-Tovuz”un son turlarda qapısını toxunulmaz saxlamasına gəlincə, Berdiyev müdafiədəki bəzi boşluqlara da toxunub: “Bunun xüsusi bir sirri olduğunu demək çətindir. Çünki qapımız qarşısında hələ də təhlükəli epizodlar yaranır. Əgər bu hallar olmasaydı, daha arxayın danışmaq olardı. Həmin epizodlar bizə göstərir ki, hələ üzərində işləməli olduğumuz çox məqam var”.

Sonda baş məşqçi hər iki turnirin komanda üçün eyni dərəcədə əhəmiyyətli olduğunu bildirib: “Bizim üçün turnirlər arasında seçim yoxdur. Nə kuboku çempionata, nə də çempionatı kuboka qurban vermək niyyətimiz var. Çıxdığımız hər bir qarşılaşma bizim üçün bərabər dərəcədə önəmlidir”.

Paylaş:

Xəbər Lenti

“Qəbələ” Adriel Ba Lua ilə yollarını ayırdı

10.06.26 | 13:17

Mourinyonun “Real”a dönüşü: “Sabun operası” yoxsa böyük qələbə?

10.06.26 | 13:36

DÇ ərəfəsində gərginlik: Etirazçılar «Azteka» stadionuna gedən yolu bağlayıblar

10.06.26 | 13:34

«Turan-Tovuz» yay transfer pəncərəsinin ilk imzasını atıb

10.06.26 | 13:36

Ayxan Abbasov San Marino qələbəsindən sonra komandadakı problemləri açıqladı

10.06.26 | 07:21

Millimiz Qırğızıstana uduzdu

09.06.26 | 23:05

“Zirə” Anatoli Nuriyevlə vidalaşdı

09.06.26 | 23:13

Məmmədyarov Erigaisi ilə heç-heçə etdi, Muradlı isə liderdir

09.06.26 | 23:21

“Qarabağ”ın yay hazırlıq planı məlum oldu

09.06.26 | 23:29

Ruy Jorje debüt matçında qələbə qazandı

09.06.26 | 23:54

“Sumqayıt”ın sabiq çalışdırıcısı “Partizan”da

09.06.26 | 23:14

Üç futbolçu paytaxt klubunu tərk etdi

09.06.26 | 17:29

Tovuzlular kapitanla vidalaşdı

09.06.26 | 17:30

Şotlandların qərarı Norveçin baş məşqçisini hövsələdən çıxardı

09.06.26 | 17:52

Xəyal Əliyev  Madridə yollandı

09.06.26 | 16:52

Afrikanın ən yaxşı hakimi ABŞ-a buraxılmadı

09.06.26 | 14:20

TV proqram

09.06.26 | 13:37

DÇ-2026-nın təqvimi

09.06.26 | 13:52

“Şafa” “Sabah”ın sabiq qolkiperi ilə anlaşdı

09.06.26 | 13:52

Roberto Çevoli: “Məqsədimiz Azərbaycanla oyunda maksimum gücümüzü göstərməkdir”

09.06.26 | 12:09