Kristian Kivudan tarixi uğur: 89 illik həsrətə son qoyan “İnter” çempionluğu!

04.05.26 | 14:31
Dünya futbolu

“İnter” İtaliya A Seriyasında növbəti çempionluğunu rəsmiləşdirib. Bu zəfər həm klub, həm də onun baş məşqçisi Kristian Kivu üçün tarixi əhəmiyyət kəsb edir. Rumıniyalı mütəxəssis “neradzurri”nin həm futbolçusu, həm də məşqçisi kimi Skudettonu qazanan ilk şəxs olaraq 89 illik rekordu yeniləyib.

Kivu bu nailiyyəti ilə “İnter” tarixinə adını qızıl hərflərlə yazdırıb. Ondan əvvəl oxşar uğura sonuncu dəfə 1937/38 mövsümündə Armando Kastellassi imza atmışdı (Kastellassi 1929/30 mövsümündə oyunçu kimi çempion olmuşdu). Kivu 2025-ci ildə, klubun çətin dövründə sükan arxasına keçsə də, qısa müddətdə “İnter”i yenidən İtaliya futbolunun hegemonuna çevirməyi bacardı.

“İnter”in uğurları bununla bitmir. Kristian Kivunun rəhbərliyi altında komanda dramatik mübarizədə “Komo” səddini keçərək (ilk oyunda 0:2 hesablı məğlubiyyətdən sonra möhtəşəm geri dönüşlə) İtaliya Kubokunun finalına yüksəlib. Mayın 15-də “Latsio”ya qarşı keçiriləcək final matçında qələbə qazanılarsa, Kivu İtaliya futbolu tarixində həm oyunçu, həm də məşqçi kimi hər iki titulu (A Seriyası və Kubok) qazanan ilk şəxs olacaq.

Xatırladaq ki, Kivu 2009/10 mövsümündə Coze Mourinyonun rəhbərliyi altında “İnter”lə tarixi “trebl” (Çempionlar Liqası, A Seriyası və İtaliya Kuboku) sevinci yaşamışdı.

Tutto Mercato Web-ə açıqlama verən rumıniyalı çalışdırıcı keçmiş baş məşqçisi Coze Mourinyo ilə müqayisə olunmasına belə reaksiya verib: “Titulları sevirəm, amma müqayisələri yox. Mən bütün ruhumu və ehtirasımı məşqçisi olduğum komandaya verirəm. Müqayisələr mənim üçün önəmli deyil, sadəcə mənə etimad göstərənlərin inamını doğrultmaq üçün işimi ən yaxşı şəkildə görməyə çalışıram”.

Skudettonu qazanan Kivu, İtaliya futbolunun elit məşqçilər siyahısına daxil olub. O, Antonio Konte, Fabio Kapello (1991/92, “Milan”) və Marçello Lippi (1994/95, “Yuventus”) kimi debüt mövsümündəcə çempionluq dadan nadir mütəxəssislərdən biridir. Bu uğurun tarixdəki ilk sahibi isə 1927/28 mövsümündə “Torino” ilə çempion olan Toni Karnielli olmuşdur.

Paylaş:

Xəbər Lenti

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07