Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək oyunların vaxtı və məkanı müəyyənləşib.
«Zirə» və Estoniyanın «Payde» komandaları arasındakı ilk görüş iyulun 23-də, Bakı vaxtı ilə saat 20:00-da Parnu şəhərindəki «Pärnu Rannastaadion»da keçiriləcək. Komandalar arasında iyulun 30-da baş tutacaq cavab qarşılaşması isə saat 20:00-da Sumqayıtda, «SOCAR Polymer Arena»da start götürəcək.
Eyni gündə, iyulun 30-da Minsk «Dinamo»su ilə «Neftçi» arasında keçiriləcək cavab matçı isə Bolqarıstanın Stara-Zaqora şəhərindəki «Beroe» stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.