Kiçik kəndin böyük nağılı: «Elversberq» bundesliqada!

18.05.26 | 13:35
Dünya futbolu

 «Elversberq» gələn mövsüm Almaniya Bundesliqasında debüt etməyə tam hazırdır. Bu kiçik klub cəmi 13 min sakini olan bələdiyyəni təmsil etməklə, ölkə elitinin tarixinə ən kiçik yaşayış məntəqəsinin komandası kimi düşəcək.

İkinci Bundesliqanın son turunda «Prussiy Münster» üzərində qazanılan 3:0 hesablı qələbə hər şeyə aydınlıq gətirdi. Bununla da, «Elversberq» nəhəng «Şalke 04» ilə birlikdə birbaşa Bundesliqaya vəsiqə qazandı. Klubun bu uğuru Almaniya futbolunda əsl sensasiya hesab olunur.

«Elversberq»in keçdiyi yol futbol dünyasında əsl möcüzəyə bərabərdir. Hələ 2021/22 mövsümündə Almaniyanın 4-cü divizionunda (Regional Liqa) mübarizə aparan komanda, cəmi iki mövsüm əvvəl İkinci Bundesliqada debüt etmişdi. Keçən mövsüm tarixi uğurun bir addımlığına qədər gələn klub, turnir cədvəlini 3-cü sırada bitirmiş, lakin birbaşa vəsiqə verən zonadan cəmi 1 xal geri qalaraq pley-off oyunlarında bəxtsizliklə üzləşmişdi. Nəhayət, bu mövsüm yarımçıq qalan işi tamamlayan komanda, böyük bir iradə nümayiş etdirərək klub tarixində ilk dəfə Bundesliqaya yüksəlməyi bacardı.

Şpizen-Elversberq bələdiyyəsinin ümumi əhalisi təxminən 13 000, Elversberq qəsəbəsinin özü isə cəmi 7 800 nəfərdir. Bu unikal statistika ilə «Elversberq», Almaniya yüksək liqası tarixinin ən kiçik yaşayış məntəqəsini təmsil edən klubu olacaq.

Klub hazırda ev oyunlarını keçirdiyi, 10 000 tamaşaçı tutumuna malik «Waldstadion an der Kaiserlinde» (Ursapharm Arena) stadionunu Bundesliqa standartlarına uyğunlaşdırmağı planlaşdırır. Arena yaxın gələcəkdə genişləndirilərək 15 500 yerlik tutuma çatdırılacaq. Buna baxmayaraq, o, növbəti mövsüm turnirin ən kiçik stadionu olaraq qalacaq.

Paylaş:

Xəbər Lenti

Qrizmann “Atletiko” ilə vidalaşdı: “Böyük bir səhv etdiyimi anladım”

18.05.26 | 15:55

Zaretska zirvəyə bir addım daha yaxınlaşdı

18.05.26 | 14:33

Kiçik kəndin böyük nağılı: «Elversberq» bundesliqada!

18.05.26 | 13:35

Aleksey İsayev: 3 klub, 200 oyun!

18.05.26 | 13:45

Ramalingom yubiley qolunu vurdu  

18.05.26 | 13:18

“Mançester Siti”də Qvardiola planı: 2028-ci ilə qədər gizli razılıq!

18.05.26 | 12:23

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45