Bosniya və Herseqovina millisinin hücumçusu Kərim Alaybeqoviç Qətərlə matçda fərqlənməklə dünya çempionatları tarixinə düşüb. “Opta Sports”un məlumatına görə, 18 yaş 276 günlüyündə qol vuran bosniyalı forvard DÇ tarixində fərqlənən ən gənc 10 futbolçu sırasına daxil olub.
Alaybeqoviç bu göstərici ilə Lamin Yamal (18 yaş 343 gün) və Lionel Messini (18 yaş 357 gün) geridə qoyub.
DÇ tarixinin ən gənc 10 qolçusu:
1. Pele (Braziliya) – 17 yaş 239 gün
2. Manuel Rosas (Meksika) – 18 yaş 93 gün
3. Qavi (İspaniya) – 18 yaş 110 gün
4. İbrahim Mbaye (Seneqal) – 18 yaş 143 gün
5. Maykl Ouen (İngiltərə) – 18 yaş 190 gün
6. Nikolae Kovaç (Rumıniya) – 18 yaş 197 gün
7. Dmitri Sıçov (Rusiya) – 18 yaş 231 gün
8. Kərim Alaybeqoviç (Bosniya və Herseqovina) – 18 yaş 276 gün
9. Lamin Yamal (İspaniya) – 18 yaş 343 gün
10. Lionel Messi (Argentina) – 18 yaş 357 gün
Hazırda Avstriyanın “Zalsburq” klubunda çıxış edən Alaybeqoviç, iyulun 1-dən Almaniya “Bayer”inə (Leverkuzen) qoşulacaq.