Jalyə Əliyevadan bürünc, İslam Bazarganovdan isə final vəsiqə qazandı

24.04.26 | 23:37
Digər növlər

Albaniyanın paytaxtı Tiranada böyüklər arasında keçirilən güləş üzrə Avropa çempionatı davam edir. Yarışın beşinci günündə Azərbaycan yığması aktivinə daha bir medal yazdırıb və növbəti finalçısını müəyyənləşdirib.

Qadınların mübarizəsində ölkəmizin seçmə komandası günü bir bürünc medalla başa vurub. Xalça üzərinə çıxan üç təmsilçimizdən yalnız biri rəqibinə qalib gələ bilib.

57 kq çəki dərəcəsində mübarizə aparan Jalyə Əliyeva bürünc medal uğrunda həlledici görüşdə Arina Martınova (UWW) ilə qarşılaşıb. Rəqibi üzərində tam üstünlük qazanan təmsilçimiz təmiz qələbə (tuşe) ilə Avropa çempionatının bürünc mükafatçısı olub.

Digər təmsilçilərimizdən 62 kq-da Ruzanna Məmmədova almaniyalı Naemi Leystnerə (2:5), 65 kq-da isə Birgül Soltanova türkiyəli Beyzə Akkuşa (2:4) gərgin keçən görüşlərdə məğlub olaraq fəxri kürsüdən kənarda qalıblar.

Turnirin beşinci günündə sərbəst güləşçilər də mübarizəyə start veriblər. İlkin mərhələdə xüsusilə İslam Bazarganovun (57 kq) çıxışı diqqət çəkib. Yarışa 1/4 finaldan başlayan İslam əvvəlcə Aryan Tyutrini (9:4), yarımfinalda isə gürcüstanlı Roberti Dinqaşvilini (11:1) məğlub edərək adını finala yazdırıb.

Digər çəkilərdə yarışan güləşçilərmizə gəlincə, Cəbrayıl Hacıyev (79 kq) yarımfinalda uduzsa da, bürünc medal qazanmaq şansını saxlayır. Rəşid Babazadə  (65 kq) rəqibinin finala yüksəlməsi sayəsində təsəlli görüşlərinə qatılacaq. Təəssüf ki, Kənan Heybətov (70 kq)  və Osman Nurməhəmmədov  (90 kq) turnirdəki çıxışlarını medalsız başa vurublar.

Hazırda Azərbaycanın hesabında 7 medal (2 qızıl, 5 bürünc) var. Xatırladaq ki, yunan-Roma güləşi üzrə yarışlarda Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu olublar. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) və qadınların yarışında Günay Qurbanova (59 kq) ilə Jalyə Əliyeva (57 kq) bürünc medallara sahib çıxıblar.

Paylaş:

Xəbər Lenti

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07