İsveçrə Bosniyanı son 15 dəqiqədə tar-mar etdi

18.06.26 | 23:04
Dünya futbolu

DÇ-2026-nın qrup mərhələsinin növbəti oyununda İsveçrə Bosniya və Herseqovinanı 4:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin etdi. Hesabında 4 xalı və yaxşı top fərqi olan “helvetlər” qrupda sonuncu yerə düşmək təhlükəsindən demək olar ki, uzaqdırlar. Hətta son matçda Kanadaya böyük hesabla uduzub 3-cü yerə ensələr belə, ən yaxşı qrup üçüncülərindən biri kimi pley-offa yüksəlmək şansları həddindən artıq yüksəkdir. Bosniyalılar isə mərhələ adlamaq üçün son turda mütləq Qətərə qalib gəlməlidirlər.

Xatırladaq ki, hər iki komanda turnirə 1:1 hesablı heç-heçə ilə başlamışdı. Lakin Kanada ilə xalları bölüşən Bosniya və Herseqovinadan fərqli olaraq, Qətər qarşısında böyük üstünlüyü əldən verib son saniyələrdə qol buraxan İsveçrə üçün həmin nəticə böyük məyusluq olmuşdu.

Görüşün ilk yarısı olduqca aşağı tempdə və darıxdırıcı ssenari ilə keçdi. İsveçrə topa sahib olma nisbətində böyük üstünlüyə malik olsa da, real qol vəziyyətləri yarada bilmədi.

İkinci hissədə də oyun bərabər səviyyədə davam etsə də, baş məşqçisi Murat Yakinin 72-ci dəqiqədə etdiyi üçlü əvəzləmə həll edici oldu. Meydana daxil olan “Frayburq”un gənc istedadı Yohan Manzambi cəmi iki dəqiqə sonra – 74-cü dəqiqədə akrobatik zərbə ilə hesabı açdı. 80-ci dəqiqədə bosniyalı Tarik Muharemoviç cərimə meydançasının həndəvərində Bril Emboloya qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə ilə meydandan qovuldu. Say üstünlüyü qazanan isveçrəlilər rəqibi dərhal cəzalandırdı: 84-cü dəqiqədə Embolonun ötürməsini oyuna sonradan daxil olan Ruben Varqas qola çevirdi. Daha sonra Varqasın ötürməsi ilə Manzambi yaxın məsafədən dublunu rəsmiləşdirdi. Bosniyalılar təslim olmadılar. Meydana yenicə daxil olan Ermin Mahmiç qapıçı Qreqor Kobelin səhfindən maksimum yararlanaraq uzaq məsafədən hesabdakı fərqi azaltdı. Son saniyələrdə Amar Memiç cərimə meydançasında qaydanı pozdu. Təyin olunan penaltini Qranit Caka dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirdi.

Dünya Kuboku, B qrupu, 2-ci tur

İsveçrə – Bosniya 4:1

Los-Anceles. “Sou-Fay” stadionu. 70026 tamaşaçı.

Hakim: Joao Pineyru (Portuqaliya)

İsveçrə: Kobel, Vidmer (Jakue, 86), Elvedi, Akanji, Rodriqes, Ebişer (Sou, 71), Caka, Froyler, Rider (Varqas, 71), Embolo (İtten, 89), Ndoye (Manzambi, 71).

Bosniya: Vasiliy, Kolaşinaç, Muharemoviç, Katiç, Dediç, K. Alajbeqoviç (Mamiç, 90), Sunyiç (Hacıahmetoviç, 86), Tahiroviç (Başiç, 63), Memiç, Ceko (Bayraktareviç, 64), Demiroviç (Lukiç, 86).

Qollar: Manzambi, 74; 90. Varqas, 84. Caka, 90+7 – Mamiç, 90+3.

Sarı vərəqələr: Dediç, 59. Ceko, 61. Elvedi, 65.

Qırmızı vərəqə: Muharemoviç, 80.

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” – “Şamaxı” matçında qalib müəyyənləşmədi

12.09.26 | 22:41

Timoteuş Puxaç: “Mançester Yunayted”lə matçdan sonra Polşa millisindən zəng gəldi”

12.09.26 | 21:22

Ruy Jorje heyəti açıqladı: U-20 millisi Qəbələdə toplanışa yığışır

12.09.26 | 21:36

Budapeştdən iki medal: Məmmədəliyevdən qızıl, Qələndərzadədən bürünc

12.09.26 | 21:04

Amil Ağacanov: “Qələbə qazanmaq üçün xarakter və istək çatmadı”

12.09.26 | 21:54

Azər Məmmədov: “Zaman verilsə, əvvəlki əzəmətli ‘Kəpəz’i geri qaytaracağıq”

12.09.26 | 20:39

Viktor Stina “Kəpəz”ə qələbə qazandırdı

12.09.26 | 20:33

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19