İngiltərə 60 illik fasilədən sonra mundialda medal qazandı

19.07.26 | 03:10
Dünya futbolu

Futbol tarixi unudulmaz matçlarından birini yaşadı. DÇ-2026-nın bürünc medal uğrunda keçirilən qarşılaşmasında İngiltərə millisi Fransanı 6:4 hesabı ilə məğlub edərək dünya üçüncüsü oldu. FİFA matçın dərhal ardından bəyanat yayaraq, “Üç aslan”ın son 60 ildəki ən böyük uğuruna diqqət çəkib.

Görüş inanılmaz ssenarisi ilə yadda qaldı. İlk hissədən sonra İngiltərə 4:0 hesabı ilə öndə idi və elə görünürdü ki, bürünc medalın taleyi artıq həll olunub. Lakin fasilədən sonra sürətli hücumlar quran Didye Deşamın yetirmələri göz qırpımında 3 qol vuraraq fərqi minimuma endirdilər. Fransızlar hesabı bərabərləşdirmək üçün daha bir neçə real qol şansını isə boşa verdilər.

Yekunda bu 10 qollu trillerdən 6:4 hesablı qələbə ilə ayrılan İngiltərə bürünc medalı bayram etdi. Futbolçuların motivasiya baxımından çox vaxt kölgədə qoyduğu və ləğv edilməsi təklif olunan bu “təsəlli finalı” gözlənilənlərin əksinə, unudulmaz şouya çevrildi.

ABŞ, Kanada və Meksikanın ortaq ev sahibliyi etdiyi turnirin bu kiçik finalına FİFA da biganə qalmadı və rəsmi təbrik mesajı yayımladı: “İngiltərəni DÇ-2026-nın üçüncüsü olması münasibətilə təbrik edirik”.

İngiltərə Futbol Assosiasiyası isə tarixi bir detalı önə çıxarıb: Şənbə günü qazanılan bu bürünc medal ingilislərin son 60 ildəki ən yaxşı nəticəsidir. Belə ki, komanda sonuncu dəfə 1966-cı ildə vətəndə dünya çempionu olmuş və həmin tarixdən bəri mundiallarda heç bir medal qazana bilməmişdi.

Dünya kuboku, 3-cü yer uğrunda oyun

Fransa – İngiltərə 4:6

Qollar: Rays, 3 (0:1). Konsa, 18 (0:2). Saka, 37 (0:3). Saka, 45+1 (0:4). Mbappe, 48 (1:4). Barkolya, 54 (2:4). Mbappe, 66 (3:4). Saka, 87-pen. (3:5). Dembele, 90+6 (4:5). Bellingem, 90+8 (4:6)

Hakim: Jesus Valensuela (Venesuela)

Fransa: Menyan, Konate (Din, 46), Lakrua, Ernandes (Upamekano, 46), Qyusto (Kunde, 90), Rabyo, Zair-Emeri, Şerki (Dembele, 46), Due (Barkolya, 46), Olise, Mbappe

İngiltərə:  Henderson, Konsa, Gehi (Çaloba, 90), Kuansa (Ceyms, 83), Spens, Rays, Rocers, Eze (Anderson, 79), Saka, Reşford (Uotkins, 46), Toni (Bellingem, 79)

Stadion: “Hard Rock” stadionu (Mayami)

Paylaş:

Xəbər Lenti

DÇ-2026-nın finalında rəzalət: Meydanda dava düşdü, Paredes rəqibini boğdu!

20.07.26 | 03:43

Messinin göz yaşları: 39 yaşlı əfsanə uçün kədərli gecə

20.07.26 | 02:48

Mbappe yenə Messini qabaqladı

20.07.26 | 02:13

İspaniya 16 il sonra yenidən dünya çempionu oldu!

20.07.26 | 02:08

“Zirə”nin rəqibindən avrokubok öncəsi ağır məğlubiyyət

20.07.26 | 01:23

Lami Yamaldan tarixi rekord: Həm Avro, həm DÇ finalında oynayan ilk yeniyetmə!

20.07.26 | 00:26

Aydın Süleymanlıdan finala yüksəldi!

20.07.26 | 00:43

56 illik rekord qırıldı! Maykl Olise Pele və Maradonanı geridə qoydu

20.07.26 | 00:58

İngiltərə tarixi qələbə İlə DÇ bürüncünü qazandı!

19.07.26 | 23:34

DÇ-2026-nın finalı öncəsi mistika: Messi və Yamalın “19” nömrəli taleyi

19.07.26 | 19:57

Maradonanın oğlundan finalı öncəsi səs-küylü bəyanat: “Messinin 10 dünya çempionluğu belə heç nəyi dəyişməyəcək”

19.07.26 | 19:32

“Neftçi” hücum xəttini braziliyalı forvardla gücləndirir

19.07.26 | 19:50

“Real”dan tarixi rekord: Bir mundialda 20-dən çox qol vuran ilk klub!

19.07.26 | 13:02

Bellingem İngiltərə millisinin tarixinə düşdü: Lineker və Keynin rekordu yeniləndi

19.07.26 | 13:14

Mbappe dünya çempionatlarının tarixinə düşdü

19.07.26 | 12:39

Mbappe: “Tarixə düşmək xoşdur, amma mundialın finalını fərdi rekorda dəyişərdim”

19.07.26 | 12:06

Budapeşt turniri: Yunan-roma güləşçilərimiz mübarizəyə qoşulur

19.07.26 | 12:50

“Şafa” heyətini fransalı vingerlə gücləndirdi

19.07.26 | 12:23

FİFA-dan ikili standart qərarı: Argentinanın “malvin” bannerinə yaşıl işıq

19.07.26 | 12:52

İngiltərə 60 illik fasilədən sonra mundialda medal qazandı

19.07.26 | 03:10