Aydın Süleymanlıdan finala yüksəldi!

20.07.26 | 00:43
Digər növlər

İsveçrənin Bil şəhərində keçirilən ənənəvi şahmat festivalında Azərbaycan qrosmeysteri Aydın Süleymanlı uğurlu çıxışını davam etdirir. Mötəbər turnirin baş qrupu olan “Masters”də mübarizə aparan şahmatçımız növbəti mərhələyə vəsiqəni təmin edib.

Festival çərçivəsində bu gün blits yarışları baş tutub. Keçirilən 10 turdan sonra 5 xal toplayan Süleymanlı turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Qeyd edək ki, təmsilçimiz bundan əvvəl təşkil olunan Fişer şahmatı (Şahmat-960) və rapid növlərinin hər ikisində gümüş medala sahib çıxmış, klassik şahmat yarışlarında isə hamını qabaqlayaraq 1-ci yeri tutmuşdu. Bütün növlərin yekununda ümumilikdə 21,5 xal toplayan Aydın Süleymanlı ümumi hesabatda 2-ci yeri tutub və mükafatlar uğrunda mübarizəni davam etdirəcək final mərhələsinə vəsiqə qazanıb. Dördlükdən ibarət həlledici mərhələdə şahmatçımızın rəqibləri Levon Aronyan, Yağız Kaan Erdoğmuş və Le Kuanq Lyem olacaq.

Paylaş:

Xəbər Lenti

Çeferindən FİFA-ya sərt etiraz: UEFA rəhbəri DÇ-nin finalını boykot etdi

21.07.26 | 00:17

“Qarabağ”ın rəqibində Bakı səfəri öncəsi böhran: Azarkeşlərdən “İstefa” tələbi

21.07.26 | 00:26

Finlandiyalı qapıçıdan “Sabah”la oyun öncəsi iddialı açıqlama: “Heç kimdən qorxmuruq”

21.07.26 | 00:11

İspaniya dünya çempionu oldu: rekord, 7-ci beynəlxalq kubok və 51 milyon dollarlıq mükafat

20.07.26 | 19:09

Miika Nuutinen: “Favorit “Sabah”dır, lakin bizi çətin oyun gözləyir”

20.07.26 | 19:47

Dambrauskas “KuPS” sınağı öncəsi: “Fikrimiz yalnız sabahkı oyundadır”

20.07.26 | 18:37

Coy-Lens Mikkels: “Əsas heyətdə yer almaq üçün daha çox qol vurmalıyam”

20.07.26 | 18:33

“Qarabağ” və “Turan Tovuz”un hədəfi: “Kayrat”ın forvardı

20.07.26 | 18:14

Rodri tarixi uğura imza atdı: Bunu bacaran 11-ci futbolçu oldu

20.07.26 | 18:28

Messi 68 illik dünya çempionatı rekordunu yenilədi

20.07.26 | 17:26

Mundialdan sonra qeyri-müəyyənlik: Skaloninin göz yaşları və Messinin milli karyerası bitir?

20.07.26 | 17:06

Konfrans Liqası: Klublarımızın 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

20.07.26 | 16:46

DÇ-2026-da irqçilik qalmaqalı: Braziliya BMT və FİFA-ya ünvanladı

20.07.26 | 16:50

DÇ-nın finalında antirekord: Entso Fernandesin qırmızı vərəqəsi Argentinanı çökdürdü

20.07.26 | 16:05

“Şəfa”dan növbəti transfer: Maudo Jarjue yenidən Azərbaycanda

20.07.26 | 16:28

“Zirə”dən uzunmüddətli transfer: Yamaykalı hücumçu ilə 5 illik müqavilə

20.07.26 | 15:09

Avropa Liqası: “Qarabağ” və “Sabah”ın potensial rəqibləri bəlli oldu

20.07.26 | 15:50

DÇ-2026: Mükafatlandırma mərasimində Messidən Trampa “soyuq duş”

20.07.26 | 15:58

DÇ-2030: Unikal format və mundiala vəsiqə qazanan ilk 6 ölkə

20.07.26 | 15:05

Dünya çempionlarını Madriddə möhtəşəm qəbul qözləyir

20.07.26 | 15:56