DÇ-2026-nın böyük finalı 39 yaşlı Lionel Messi üçün arzuladığı sonluqla bitmədi. İspaniyaya qarşı dramatik məğlubiyyətdən sonra gümüş medalla kifayətlənən argentinatalı superulduz duyğularını gizlədə bilməyib.
Mükafatlandırma mərasimində ABŞ Prezidenti Donald Trampdan gümüş medalı qəbul edən kapitan uzun müddət özünü saxlasa da, tribunada onları dəstəkləyən argentinalı azarkeşlərin qarşısına keçəndə göz yaşlarına hakim ola bilməyib. Əfsanəvi futbolçunun yanaqlarından süzülən yaşlar finalın ən yaddaqalan və kədərli anlarından birinə çevrilib.
Dünya çempionatlarında ilk debütünü düz 20 il əvvəl edən Messinin aktivində bir qızıl (2022) və iki gümüş (2014, 2026) medal var. Yaşının 39-a çatması onun Argentina millisindəki gələcəyini ciddi şəkildə müzakirə mövzusuna çevirib. Lakin dahi oyunçu matçdan sonra bu dünya çempionatının onun karyerasında sonuncu olub-olmaması ilə bağlı sualları cavablandırmaqdan imtina edib.