Yeni mərkəz hücumçusu axtarışlarını sürətləndirən “Neftçi” transfer siyahısına növbəti oyunçunu əlavə edib. “Ağ-qaralar” Portuqaliyanın “Felgeyraş” klubunda çıxış edən Lukas Duarte ilə yaxından maraqlanır.
25 yaşlı braziliyalı forvardın Bakı klubuna keçid ehtimalı olduqca yüksək qiymətləndirilir. Qeyd edək ki, karyerası ərzində “Banqu”, “Quarani”, “Qama”, “Petropolis” kimi komandalarda oynayan Duarte, Portuqaliyada “Sportinq Kovilyan”ın da formasını geyinib.