İspaniya dünya çempionu oldu: rekord, 7-ci beynəlxalq kubok və 51 milyon dollarlıq mükafat

20.07.26 | 19:09
Dünya futbolu

ABŞ-də keçirilən DÇ-2026-nın qalibi İspaniya millisi finalda Argentinanı əlavə vaxtda Ferran Torresin 106-cı dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu oldu.

Bu qələbə ilə İspaniya yeddinci böyük beynəlxalq titulunu əldə etdi. Komandanın hesabında artıq iki dünya çempionluğu (2010, 2026), dörd Avropa çempionluğu (1964, 2008, 2012, 2024) və bir UEFA Millətlər Liqası kuboku (2023) var.

Luis de la Fuentenin yetirmələri turnirdə müdafiə baxımından da dünya çempionatları tarixinin yeni rekordunu müəyyənləşdiriblər. İspaniya səkkiz oyunda cəmi bir qol buraxdı. Yeganə topu Belçika millisinin futbolçusu Şarl de Ketelare vurub. Bununla da ispanlar Fransa (1998), İtaliya (2006) və özlərinə məxsus olan 2010-cu il dünya çempionatındakı iki buraxılmış qol rekordunu geridə qoyublar.

Final daha bir maraqlı statistika ilə yadda qalıb. Argentina yığması görüş ərzində qapı çərçivəsinə bir dəfə də olsun zərbə endirə bilməyib. Bu, 1966-cı ildən bəri dünya çempionatlarının finallarında cəmi üçüncü belə haldır. Maraqlıdır ki, əvvəlki iki məqamda məhz Argentina millisinin iştirakı ilə baş verib. Cənubi amerikalılar DÇ-90 və DÇ-2014-də Almaniyaya qarşı keçirilən finallarda da qapıya dəqiq zərbə vura bilməmişdilər.

Finaldakı Argentina üzərindəki qələbə ispanların dünya çempionatlarında məğlub etdiyi altıncı Cənubi Amerika təmsilçisi kimi tarixinə düşüb. “Furiya Roxa” daha əvvəl mundiallarda Braziliya, Çili, Boliviya, Paraqvay və Uruqvay millilərini də məğlub etməyi bacarıb.

Dünya çempionluğu İspaniya Futbol Federasiyasına böyük maliyyə gəliri də qazandırıb. FIFA-nın mükafat fonduna əsasən, çempion komanda 51 milyon ABŞ dolları, finalda məğlub olan Argentina isə 34 milyon dollar əldə edib.

Paylaş:

Xəbər Lenti

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31

Konfrans Liqasında turun diqqətçəkən oyunları: “Frayburq” – “Tvente”, ÇSKA – “Trabzonspor”

26.11.26 | 02:58

Avropa Liqasında turun diqqətçəkən oyunları: “Olimpiakos” – “Milan”, “Beşiktaş” – “Hapoel”

26.11.26 | 02:42

Dambrauskas “Barselona” ilə oyundan nəticə çıxardı: “Çox şey öyrəndik”

26.11.26 | 01:02

Flik Bakıda gördüyü dəyişikliklərdən danışdı: “İnqilabi inkişaf hiss etdim”

26.11.26 | 01:32

“Turan” Çempionlar Liqasına məğlubiyyətlə başladı

26.11.26 | 01:09

“Sabah”ın növbəti rəqibi “Vilyarreal” Praqa sınağından çıxdı

26.11.26 | 01:56

Bakı Qordonun sevimli şəhərinə çevrilir: 2 oyunda 6 qol

26.11.26 | 00:26

“Sabah”ın iki fərqli üzü: ilk hissədə ümid, ikinci yarıda çöküş

26.11.26 | 00:03

 Bir hissə müqavimət, doqquz dəqiqəlik çöküş

26.11.26 | 00:57

“Turan”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi bəlli oldu

25.11.26 | 20:29

“Şamaxı” və “Turan Tovuz”a 11 min manat cərimə, baş məşqçilərə 3 oyunluq cəza

25.11.26 | 20:12

“Sabah”ın U-19 komandası “Barselona”ya böyük hesabla uduzdu

25.11.26 | 18:43