UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində sabah baş tutacaq “Sabah” – “KuPS” oyunu öncəsi Finlandiya təmsilçisinin baş məşqçisi Miika Nuutinen mətbuat konfransında fikirlərini bölüşüb.
Rəqibi dəyərləndirən finlandiyalı mütəxəssis Azərbaycan klubunu cütün favoriti hesab etdiyini bildirib: “Bakıda olmağımızdan məmnunuq. “Sabah”ın I təsnifat mərhələsindəki oyunlarını ətraflı təhlil etmişik. Rəqib texnikalı oyunçulara malikdir və topla rəftarı yüksək səviyyədədir. Bizi çətin matçların gözlədiyi bəllidir. Real yanaşsaq, “Sabah” bu cütün favoritidir, lakin hər şey meydandakı mübarizədə həll olunacaq. Hazırda bütün diqqətimizi sabahkı qarşılaşmaya yönəltmişik”.