Mayami Qardensdə keçirilən DÇ-2026-nın üçüncülük matçı futbol tarixinə düşdü. Fransa üzərində 6:4 hesablı dramatik qələbə qazanan İngiltərə, nəhayət, tilsimi qırıb. Belə ki, 1990 və 2018-ci illərdə bürünc medal oyunlarında məğlub olan “üç şir”, üçüncü cəhddə bu uğursuz seriyaya son qoyub.
Bu qarşılaşma həm cari turnirin ən məhsuldar matçı olub, həm də dünya çempionatları tarixinə düşüb. Fransa — İngiltərə dueli, son 44 ildə (1982-ci ildən bəri) bir DÇ oyununda 10 və ya daha çox qolun vurulduğu ilk qarşılaşmadır. Məhsuldarlıq baxımından bu unikal hadisə, son olaraq 1982-ci ildə Macarıstanın Salvadoru 10:1 hesabı ilə darmadağın etdiyi matçda qeydə alınmışdı.
Dünya çempionatları tarixinin ən məhsuldar oyunları
Dünya çempionatları tarixində bir matçda ən azı 10 qolun vurulduğu cəmi 6 unikal oyun baş tutub:
1954 Avstriya – İsveçrə 7:5
1938 Braziliya – Polşa 6:5
1954 Macarıstan – Almaniya 8:3
1982 Macarıstan – Salvador 10:1
1958 Fransa – Paraqvay 7:3
2026 Fransa – İngiltərə 4:6