DÇ-2026-nın finalı öncəsi mistika: Messi və Yamalın “19” nömrəli taleyi

19.07.26 | 19:57
Dünya futbolu

Futbol tarixinin ən böyük qarşılaşmalarından biri sadəcə iki nəhəng komandanın yox, həm də tarixin ən inanılmaz mistik təsadüflərinin döyüşünə çevrilir. Düz 60 ildən sonra Dünya Çempionatında üz-üzə gələn Argentina və İspaniya qarşılaşması, həm də ’19’ rəqəminin inanılmaz sehri və futbolçuların çempionluq naminə verdiyi qeyri-adi vədlərlə yadda qalacaq. Bəs bu tarixi final ərəfəsində pərdəarxasında nələr baş verir?

“19” Rəqəminin Sehri: Hər şey necə başladı?

İspaniya millisinin heyətində Messiyə qarşı meydana çıxacaq gənc nəsil, əslində onun oyunları ilə böyüyən uşaqlardır. Lakin lamin Yamal və Lionel Messi arasındakı bağ tamamilə mistik xarakter daşıyı.

19 yaş və 19 nömrə: Yamalın hazırda 19 yaşı var və o, meydanda məhz 19 nömrəli forma ilə çıxış edir.

Təqvimdə 19 iyul: Dünyanın səbirsizliklə gözlədiyi final matçı iyulun 19-da baş tutur.

19 il əvvəl: Yamal finalda Messi ilə qarşılaşacaq – düz 19 il əvvəl, 19 yaşlı gənc Leo (hansı ki, o vaxt “Barselona”da 19 nömrə altında oynayırdı) xeyriyyə fotosessiyasında körpə Yamalı vannada çimizdirəndən sonra.

Doğum günlərində 19 gün fərq: Yamal ilə Messinin doğum tarixləri arasında cəmi 19 gün fərq var (Messi 24 iyun, Yamal 13 iyul).

Çempionluq vədləri: İspanlar kubok naminə nələrdən keçir?

Əgər İspaniya yığması bu axşam dünya çempionu adını qazanarsa, komanda üzvləri azarkeşlərə verdikləri qeyri-adi vədləri yerinə yetirməli olacaqlar:

Lamin Yamal gür saqqal və bığ saxlayacağına söz verib.

Qavi saçlarını parlaq çəhrayı rəngə boyayacaq.

Pedri imicini tamamilə dəyişərək saçlarını saraldacaq və sarışın (blondin) olacaq.

Mark Kukurelya isə baş məşqçi Luis de la Fuentenin təsviri olan döymə (tatu) etdirəcək.

“Qızıl top”un sahibi bəllidir? Finalın nəticəsindən asılı olmayaraq, FIFA artıq turnirin ən yaxşı oyunçusunu seçib. FIFA-nın Texniki Komitəsi DÇ-2026-nın “Qızıl top” mükafatını Lionel Messiyə təqdim etmək qərarını artıq təsdiqləyib. Hətta Argentina finalda məğlub olsa belə, bu qərar dəyişməyəcək.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46