“Əl-Nəsr”in ulduz futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasında ilk çempionluq titulunu qazanıb. Həlledici qarşılaşmada “Damac” klubunu 4:1 hesabı ilə məğlub edən komanda uzun sürən fasilədən sonra çempionluq sevincini yaşayıb.
Dörd ildən artıqdır ki, böyük klub turnirlərində uğursuzluqla üzləşən və müxtəlif finallarda məğlubiyyətlə barışan portuqaliyalı superulduz nəhayət, bu həsrətinə son qoyub.
Gərgin keçən son turda “Əl-Nəsr” üçün vəziyyət kifayət qədər çətin idi. Paralel keçirilən oyunda əsas rəqibləri “Əl-Hilal”ın hesabda irəlidə olması çempionluq taleyini sual altına alırdı. Matça istədiyi kimi başlaya bilməyən Ronaldo, ikinci hissədə oyunun gedişatını tamamilə dəyişib. Ulduz futbolçu cərimə zərbələrindən vurduğu iki möhtəşəm qolla komandasının qələbəsini təmin edib və “Əl-Nəsr”ə lazım olan nəticəni qazandırıb.
Qeyd edək ki, Ronaldo mövsümü 28 qolla başa vurub. Liqanın bombardiri adını isə 32 qolla İvan Toni qazanıb.