Millinin heyəti açıqlandı: Toplanışı 28 futbolçu dəvət edilib

23.05.26 | 17:29
Ölkə futbolu

Yığma komandamızın iyun ayında keçirəcəyi yoldaşlıq oyunları üçün hazırlıqlara başlayır. Baş məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi milli komandamız iyunun 1-dən 10-dək Macarıstanın Sombatxey şəhərində təlim-məşq toplanışında olacaq.

AFFA-dan verilən məlumata görə, toplanış çərçivəsində yığmamız iki yoldaşlıq matçı keçirəcək: iyunun 5-də Malta, 9-da isə San-Marino seçməsi ilə qarşılaşacaq.

Baş məşqçi Ayxan Abbasov bu oyunlar üçün 28 futbolçunu düşərgəyə dəvət edib. Heyət aşağıdakı kimidir.

Qapıçılar: Rza Cəfərov («Qəbələ»), Şahruddin Məhəmmədəliyev («Qarabağ»), Emil Balayev («Neftçi»).

Müdafiəçilər: Bədavi Hüseynov, Toral Bayramov, Elvin Cəfərquliyev (hamısı «Qarabağ»), Cəlal Hüseynov («Arda», Bolqarıstan), Anton Krivotsyuk («Taejon Hana», Cənubi Koreya), Rahil Məmmədov («Araz-Naxçıvan»), Elvin Bədəlov («Neftçi»), Rəhman Daşdəmirov, Tellur Mütəllimov (hər ikisi «Sabah»), Rüfət Abbasov («Şamaxı»).

Yarımmüdafiəçilər: Qismət Alıyev («Zirə»), Emin Mahmudov, Emil Səfərov (hər ikisi «Neftçi»), Səbuhi Abdullazadə («Sumqayıt»), Rahim Sadıxov, Ayxan Hüseynov (hər ikisi «Turan-Tovuz»), Mustafa Əhmədzadə («Araz-Naxçıvan»), Abdula Xaybulayev, Aleksey İsayev (hər ikisi «Sabah»).

Hücumçular: Rüstəm Əhmədzadə («Sumqayıt»), Vüsal İsgəndərli («Partizani», Albaniya), Xəyal Əliyev («Sabah»), Nəriman Axundzadə («Kolambus Kru», ABŞ), Mahir Emreli («Kayzerslautern», Almaniya), Renat Dadaşov («Motor», Polşa).

Qeyd edək ki, komandamız hazırlıq prosesi zamanı taktiki-texniki çalışmalarla yanaşı, nəzərdə tutulan hər iki yoxlama oyununda heyəti sınaqdan keçirəcək.

Paylaş:

Xəbər Lenti

ÇL: Birinci raundun nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41