Futzal üzrə ölkə kubokunda mövsümün qalibi müəyyənləşib. Həlledici matçda “Araz-Naxçıvan” və “Neftçi” komandaları üz-üzə gəliblər. Gərgin keçən qarşılaşmadan 5:3 hesablı qələbə ilə ayrılan “Neftçi” ölkə kubokuna yiyələnib.
Final fitindən sonra keçirilən təntənəli mükafatlandırma mərasimində fərqlənənlər mükafatlandırılıblar. Görüşün hakimləri və hakim-inspektor diplomlarla təltif ediliblər. Finalın ən yaxşı futzalçısı seçilən Markus Vinisiusa isə xüsusi xatirə hədiyyəsi təqdim olunub. Sonda turnirin gümüş medalları “Araz-Naxçıvan”ın, qızıl medallar və Azərbaycan Kuboku isə çempionluq sevincini yaşayan “Neftçi”nin üzvlərinə təqdim olunub.