DÇ ərəfəsində gərginlik: Etirazçılar «Azteka» stadionuna gedən yolu bağlayıblar

10.06.26 | 13:34
Dünya futbolu

AFP-nin məlumatına görə, çərşənbə axşamı minlərlə etirazçı Meksikada keçiriləcək mundialın açılış mərasiminə və turnirin ilk matçına ev sahibliyi edəcək «Azteka» stadionuna gedən əsas magistral yolu bağlayıb. Xatırladaq ki, cümə axşamı stadionda Meksika və Cənubi Afrika yığmaları qarşılaşmalıdır.

CNTE üzvü olan müəllimlərin bir həftədir davam edən etiraz aksiyaları səngimir. Onlar maaşların artırılmasını və hökumətin qeyri-real hesab etdiyi pensiya islahatı qanun layihəsinin qəbulunu tələb edirlər. Yaranmış vəziyyətlə bağlı polis stadion ətrafında genişmiqyaslı təhlükəsizlik tədbirləri görüb, yollara beton sədlər düzərək etirazçıların arenaya yaxınlaşmasının qarşısını alıb.

Etirazçı Anxel Vilyalobos vəziyyəti belə şərh edib: «Biz stadiona daxil olmaq istəyirik. Hökumətin təklif etdiyi həll yolları bizi qane etmir».

Meksika prezidenti Klaudiya Şeynbauum baş verənləri təxribat kimi qiymətləndirib və mundial ilə bağlı obyektlərə ziyan vurulması və yolların bağlanması yolverilməz olduğunu bildirib: «Lakin mən polisin zorakılıq tətbiq etməsinə icazə verməyəcəyəm. Buna baxmayaraq, əminliklə bildirirəm ki, çempionatın açılış mərasimi yüksək səviyyədə, sabit və təhlükəsiz şəraitdə baş tutacaq».

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi Dünya Çempionatı iyulun 19-dək davam edəcək.

Paylaş:

Xəbər Lenti

Millinin seçmə mərhələdəki rəqibləri müəyyənləşir

10.06.26 | 16:48

Cüdoçular turnirlərə hazırlaşır

10.06.26 | 16:25

Mundialın “itirilmiş” ulduzları: Siyahının zirvəsində kim dayanır?

10.06.26 | 14:04

“Şəfa”müdafiə xəttini gücləndirir

10.06.26 | 14:15

“Qəbələ” Adriel Ba Lua ilə yollarını ayırdı

10.06.26 | 13:17

Mourinyonun “Real”a dönüşü: “Sabun operası” yoxsa böyük qələbə?

10.06.26 | 13:36

DÇ ərəfəsində gərginlik: Etirazçılar «Azteka» stadionuna gedən yolu bağlayıblar

10.06.26 | 13:34

«Turan-Tovuz» yay transfer pəncərəsinin ilk imzasını atıb

10.06.26 | 13:36

Ayxan Abbasov San Marino qələbəsindən sonra komandadakı problemləri açıqladı

10.06.26 | 07:21

Millimiz Qırğızıstana uduzdu

09.06.26 | 23:05

“Zirə” Anatoli Nuriyevlə vidalaşdı

09.06.26 | 23:13

Məmmədyarov Erigaisi ilə heç-heçə etdi, Muradlı isə liderdir

09.06.26 | 23:21

“Qarabağ”ın yay hazırlıq planı məlum oldu

09.06.26 | 23:29

Ruy Jorje debüt matçında qələbə qazandı

09.06.26 | 23:54

“Sumqayıt”ın sabiq çalışdırıcısı “Partizan”da

09.06.26 | 23:14

Üç futbolçu paytaxt klubunu tərk etdi

09.06.26 | 17:29

Tovuzlular kapitanla vidalaşdı

09.06.26 | 17:30

Şotlandların qərarı Norveçin baş məşqçisini hövsələdən çıxardı

09.06.26 | 17:52

Xəyal Əliyev  Madridə yollandı

09.06.26 | 16:52

Afrikanın ən yaxşı hakimi ABŞ-a buraxılmadı

09.06.26 | 14:20