Finalda “Zirə”ni 2:1 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə ölkə kubokunun qalibi olan “Sabah”, paytaxt futbolu tarixinə adını qızıl hərflərlə yazdırıb. Masazır təmsilçisi bu qələbə ilə kuboku növbəti dəfə muzeyinə aparmaqla yanaşı, mövsümü “qızıl dubl”la imza atdı.
PFL-in rəsmi statistikasına əsasən, “Sabah” son 9 ildə ölkə kubokunu ardıcıl iki dəfə qazanan ilk klub olub. Sonuncu dəfə belə bir seriyanı “Qarabağ” reallaşdırmışdı (2014/15, 2015/16 və 2016/17 mövsümləri). Azərbaycan futbolu tarixində bu uğura imza atan digər klublar isə “Neftçi”, “Kəpəz” və “Xəzər Lənkəran”dır.
Cari mövsümdə həm Premyer Liqanın, həm də ölkə kubokunun qalibi olan “Sabah” tarixində ilk dəfə “qızıl dubl” etdi. Bununla da Masazır klubu Azərbaycan futbolu tarixində bu zirvəni fəth edən 5-ci komanda oldu. Bu göstəricidə lider 6 “dubl”la “Qarabağ”dır. “Neftçi” 3, “Kəpəz” və “Xəzər Lənkəran” isə hərəyə 1 dəfə hər iki titulu eyni mövsümdə qazanıb. Qələbənin əsas memarlarından olan litvalı mütəxəssis Valdas Dambrauskas da adını tarixə yazdırıb. O, Azərbaycan futbolu tarixində bir mövsümdə həm çempionluğu, həm də kuboku qazanan ilk əcnəbi baş məşqçi oldu. İndiyədək bu uğuru yalnız yerli məşqçilər – Qurban Qurbanov, Kazbek Tuayev, Ağasəlim Mircavadov, Mehman Allahverdiyev və Böyükağa Hacıyev dadm