Bu gün Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ” – “Ayntraxt” maçtından başqa diqqətlərimiz İstanbula yönələcək. 50 minlik “cəhənnəm” atmosferi Dieqo Simeonenin müdafiə səddini sınağa çəkəcək. “Cim-Bom”un turnirdə iddialı qalması üçün mütləq qələbə lazımdır. Məğlubiyyət “sarı-qırmızılılar”ın pley-off zonasında qalmaq şansını ciddi riskə atacaq, çünki son turda İstanbul klubunu çətin Mançester səfəri gözləyir.
Yuventus – Benfika matçı əsl taktika savaşına səhnə olacaq. Turinlilər rəqib səhvlərini pusacaq, portuqallar isə gənc istedadları ilə müdafiə kilidini açmağa çalışacaqlar. Bu oyun turnir cədvəlinin mərkəz sıralarındakı mövqe savaşıdır.
Berqamoda baş tutacaq “Atalanta” – “Atletik” görüşü bizi 90 dəqiqəlik fasiləsiz pressinq və sürətli cinah hücumları (Uilyams qardaşları) gözləyir. Bu qarşılaşma gecənin tempini müəyyən edəcək. Bir sözlə, qitənin nəhəngləri həm qələbə, həm də top fərqini yaxşılaşdırmaq üçün meydana çıxacaqlar. “Barselona” Flikin rəhbərliyi altında Praqada hücum futbolu nümayiş etdirərək liderlər qrupundakı yerini möhkəmləndirməyə çalışacaq.
“Bavariya” Münhendə gözlənilməz xal itkisinə yol vermədən, cədvəldə yuxarı dırmaşmağı hədəfləyir. “Nyukasl” – PSV oyununu isə iki hücumameyilli məktəbin qarşılaşması kimi dəyərləndirmək olar.
21 yanvar 21:45 Qalatasaray – Atletiko İctimai TV, TRT 1
21 yanvar 21:45 Qarabağ – Ayntraxt CBC Sport
21 yanvar 00:00 Atalanta – Atletik
21 yanvar 00:00 Bavariya – Union Qillois
21 yanvar 00:00 Marsel – Liverpul İctimai TV
21 yanvar 00:00 Nyukasl – PSV
21 yanvar 00:00 Slaviya – Barselona
21 yanvar 00:00 Çelsi – Pafos
21 yanvar 00:00 Yuventus – Benfika CBC Sport