“Sabah” “Qarabağ”ı məğlub edərək çempionluğa yaxınlaşdı

18.04.26 | 19:35

Sona beş tur qalmış bu komandaların duelini “qızıl oyun” da adlandırmaq olardı. Qələbədən başqa istənilən nəticə “Qarabağ”ın çempionluğu əldən verməsi demək idi. Bu oyun 10 xal fərqi ilə çatan “”Sabah” üçün heç-heçə də uğurlu nəticə olacaqdı. Oyundan əvvəl Qurban Qurbanov komandasının əsas oyunçularından biri olan Elvin Cəfərquliyevi və ehtiyat oyunçular skamyasının daimi sakini olan Abbas Hüseynovu intizamsızlığa görə ikinci komandaya göndərmişdi. Elvinin yoxluğu Ağdam klubu üçün ciddi itki sayılırdı. “Sabah” isə faktiki olaraq optimal heyətlə oyuna çıxmışdı və elə matça da daha yaxşı başladı. Artıq 11-ci dəqiqədə Valdas Dambrauskasın komandası hesabı aça bilərdi. Lakin komandanın vuran ayağı Coy-Lens Mikels penaltini pis yerinə yetirdi və Koxalski onu qaytardı. Bundan sonra meydan sahibləri nisbətən fəal oynadılar, qonaqlar isə ara-sıra fürsət yaxaladılar. Lakin hər iki komandanın hücumunda son ötürmədə keyfiyyət problemi özünü göstərirdi. İlk yarının yeganı qolu isə tamamilə təhlükənin olmadığı bir anda gəldi. Xaybullayev topu uğursuz qəbul edərək itirmişdi, lakin Medina sürüşərək yıxıldı və “Sabah”ın yarımmmüdafiəçisi yenidən topa sahib olaraq uzaq küncə fırlatdı.

Lakin Xaybullayevə oyunun qəhrəmanı olmaq qismət deyilmiş. İkinci hissə başlayan kimi o, rəqibə qarşı kobuluğa görə qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoydu və bununla da, 7 oyundur “Sabah”ı uda bilməyən “Qarabağ”a şans yaratdı. Amma Qurbanov oyunun gedişinə təsir edə bilmədi. Nə onun əvəzetmələri, nə də taktiki dəyişkliyi vəziyyəti dəyişdi. Qonaqlar 10 nəfərlə qapısını 90 dəqiqə toxunulmaz saxlamağı bacardı. “Qarabağ” demək olar real qol vəziyyəti yarada bilmədi.

Premyer Liqa, 28-ci tur


QARABAĞ – SABAH – 0:1 (0:1)
Xaybulayev, 45 (0:1)
Baş hakim: Elçin Məsiyev.

Qarabağ: Mateuş Koxalski, Toral Bayramov (Marko Yankoviç, 69), Abdulla Zubir (k) (Emmanuel Addai, 82), Kevin Medina, Kadi (Musa Qurbanlı, 69), Mateus Silva, Coni Montiel, Dani Kintana* (Bədavi Hüseynov, 80), Leandro Andrade, Pedro Bikalyo, Kamilo Duran.

Sabah: Stas Pokatilov (k), Abdulla Xaybulayev, Coy-Lans Mikkels (Xəyal Əliyev, 90+3), Velko Simiç, İqor Noqeyra, Akim Zedadka, Stiv Solve, Timoteuş Puxaç, İvan Lepinitsa, Kahim Perris (Zinedin Uld-Xaled, 55), Aaron Maluda (Rəhman Daşdəmirov, 55).

Qaçırılan penalti: Mikkels, 14 (qapıçı).

Sarı vərəqələr :Solve, Zedadka, Pokatilov, Duran.

Qırmızı vərəqələr: Xaybulayev, 46 (birbaşa qırmızı).

Paylaş:

Xəbər Lenti

Mataratsso İspaniya Kral Kuboku ilə Avropa futbolu tarixinə düşdü

19.04.26 | 15:57

“Sabah”a ağır itki: Mikelsin üz sümüyü sınıb

19.04.26 | 14:37

Şahmatçılarımız tarixi zəfərin astanasında

19.04.26 | 14:04

“Neftçi”dən “Qarabağ”la oyunlar üçün “2-si 1-də” paketi

19.04.26 | 14:36

Nəriman Axundzadə növbəti matçına çıxdı: “Kolambus Kryu” məğlub oldu

19.04.26 | 12:38

Tiflisdə fərdi yarışlara yekun vurulur: Kotsoyevdən uğurlu start

19.04.26 | 12:40

Ölkə kubokunda finalın adı məlum oldu

19.04.26 | 01:35

Qurban Qurbanovdan sərt xəbərdarlıq: “Klubun adı “Qarabağ”dırsa, heç kimə güzəşt olmayacaq!”

19.04.26 | 00:39

Valdas Dambrauskas: “Bu oyunu məşqçilik kurslarında nümunə kimi göstərmək olar”

19.04.26 | 00:28

Füzuli Məmmədov: “Şamaxı” çempionatın ən intizamlı komandasıdır”

18.04.26 | 20:35

“Sabah” “Qarabağ”ı məğlub edərək çempionluğa yaxınlaşdı

18.04.26 | 19:35

Boksçularmız Braziliyada olimpiya lisenziyaları uğrunda mübarizəyə qoşulur

18.04.26 | 19:56

Ayxan Abbasov: “Məğlubiyyətimizə səbəb şanssızlıq yox, ustalıq səviyyəsidir”

18.04.26 | 19:59

Tbilisidən son durum: Millimizin hesabında 4 medal var

18.04.26 | 19:32

Yevlaxda vacib qələbə: “Karvan” elitada qalmaq üçün “döyüşür”

18.04.26 | 17:49

Zirədə son dəqiqə qolu: “Neftçi” qələbəni əldən verdi

17.04.26 | 23:06

AFFA-dan aşağı liqalarla bağlı yeni qərar: Komanda sayı artırılacaq

17.04.26 | 15:14

“İnter Mayami”dən Maskerano getdi, Xavi gəlir?

17.04.26 | 15:00

Hidayət Heydərov karyerasında 6-cı dəfə Avropa çempionatının finalında

17.04.26 | 14:23

TV PROQRAM

17.04.26 | 11:16