Çeferinin DÇ-2026 tənqidi etiraz doğurdu: “Futbol seçilmişlərə məxsus deyil”

16.06.26 | 09:07
Dünya futbolu

UEFA prezidenti Aleksander Çeferinin 2026-cı il dünya çempionatının genişləndirilmiş formatı ilə bağlı fikirləri Asiya, Afrika və Karib hövzəsi ölkələrində ciddi narazılıq yaradıb.

“Zurnal 24″ün məlumatına görə, Çeferin iştirakçı sayının 48-ə çatdırılmasının  maraqsız oyunların çoxalmasına səbəb olacağını iddia edib. Bu açıqlama Kabo-Verde, Konqo DR, Kürasao, Haiti, İordaniya və Özbəkistan futbol federasiyalarının kəskin reaksiyasına səbəb olub.

Məsələyə münasibət bildirən federasiyalar yaydıqları birgə bəyanatda futbolun yalnız məhdud dairədəki elit ölkələrin mülkü olmadığını, oyunun əsl gücünün məhz onun universallığında gizləndiyini vurğulayıblar. Qeyd olunub ki, dünya çempionatında iştirak etmək bir çox xalqlar üçün ən böyük idman nailiyyətidir və bu, yeni nəsil futbolçuları ilhamlandıran əsas amildir.

Bəyanat müəllifləri turnirə vəsiqə qazanmağın Kabo-Verde, Kürasao, İordaniya və Özbəkistan üçün tarixi bir uğur olduğunu, Konqo DR və Haiti üçün isə onilliklər sonra dünya futbolunun ən böyük səhnəsinə möhtəşəm qayıdış mənası daşıdığını xüsusi olaraq diqqətə çatdırıblar.

Paylaş:

Xəbər Lenti

Fransa Seneqal səddini aşmaqda çətinlik çəkir – YRNİLƏNİR

16.06.26 | 23:28

Alfonso Dominqesdən minimum bürünc

16.06.26 | 23:43

Püşk “Qarabağ”a İslandiya klubunu rəqib seçdi

16.06.26 | 23:14

“Zirə”nin Konfrans Liqasındakı  rəqibi bəlli oldu: “Qartallar” Gürcüstan təmsilçisi ilə qarşılaşacaq

16.06.26 | 23:30

Çempionlar Liqasında püşk atıldı: “Sabah” Uels klubu ilə qatşılaşacaq

16.06.26 | 18:02

Messinin DÇ-2026-dakı “təvazökar” sığınacağı: BILD Argentina düşərgəsinin sirlərini açır

16.06.26 | 17:58

Memonun vida göz yaşları: “Milli komandasız bir karyera təsəvvür edə bilmirəm”

16.06.26 | 17:28

İspanlar çıxılmaz vəziyyətdə: “Bu, tarixi bir uğursuzluqdur!”

16.06.26 | 17:06

Koreya millisində media böhranı: Jurnalistlərin ehtiyatsızlığı komandanı ayağa qaldırdı

16.06.26 | 17:12

“Araz-Naxçıvan” Cavid Hüseynova tapşırıldı

16.06.26 | 16:59

Yubilyar haqqında düşüncələr

16.06.26 | 16:34

Aldanmış Kəvakib

16.06.26 | 14:01

Sabri Lamuşi mundial tarixinə düşdü: Cəmi bir oyundan sonra..

16.06.26 | 11:48

“Bavariya”nın əfsanəsi Mehmet Şollun evinə basqın olub

16.06.26 | 11:39

“Sabah” Patrik Mbinanın transfer hüquqlarına sahib oldu

16.06.26 | 11:50

Qismət Alıyev gələcək karyerası ilə bağlı yekun qərarını verdi

16.06.26 | 11:53

Konfrans Liqası: “Zirə”nin ilk rəqibi bu gün bəlli olacaq

16.06.26 | 11:58

Çempionlar Liqası: “Sabah”ın turnirdəki ilk rəqibi bəlli olur

16.06.26 | 10:52

Bu gün “Qarabağ”ın Avropa Liqasındakı rəqi bəlli olacaq

16.06.26 | 10:16

“Turan Tovuz”un avrokubok qapısı rəsmən bağlandı

16.06.26 | 10:32