Canni İnfantinonun “Papa protokolu” istəyi rədd edilib

30.04.26 | 14:06
Dünya futbolu

FIFA rəhbəri Canni İnfantino Vankuver rəsmilərini çətin duruma salıb. Belə ki, Kanadada səfərdə olan prezident özünə Roma Papası ilə eyni səviyyədə təhlükəsizlik protokolu və polis müşayiəti tələb edib. Lakin yerli rəhbərlik futbol funksionerinin bu iddiasını cavabsız qoyaraq, onun imtiyaz istəyini geri çevirib.

Dünya futbolunun rəhbəri FIFA-nın illik konqresində iştirak etmək üçün Vankuverə gəlib. Lakin diqqəti qarşıdan gələn Dünya Çempionatına yönəltmək əvəzinə, Infantino və ətrafı növbəti təşkilati qalmaqala imza atıblar. Global BC News-un məlumatına görə, FIFA rəsmiləri yerli polisdən “4-cü səviyyəli” (Level 4) elit müşayiət statusu tələb ediblər.

Bu xüsusi status kortejin işıqforun qırmızı işığında dayanmadan hərəkət etməsinə və yolların tamamilə bağlanmasına şərait yaradır.

Kanadada belə yüksək səviyyəli təhlükəsizlik protokolu yalnız Roma Papası və ABŞ Prezidenti üçün tətbiq olunur. Hətta ölkənin Baş naziri üçün nəzərdə tutulan protokol belə Infantinonun istəyindən daha sadədir.

Vankuver meriyası FIFA rəsmilərini tez bir zamanda reallığa qaytararaq istəklərini rədd edib. Şəhər rəhbərliyinin rəsmi bəyanatında bildirilib ki, nəqliyyat məsələləri ümumi standartlara uyğun və “lazımi qaydada” təşkil olunacaq.

Bu, İnfantinonun ilk bənzər cəhdi deyil. O, 2023-cü ildə Qadınlararası Dünya Çempionatı zamanı Yeni Zelandiya polisindən də analoji imtiyaz tələb etmiş, lakin orada da rədd cavabı almışdı.

Bu qalmaqal 48 komandanın iştirak edəcəyi tarixi Dünya Çempionatı ərəfəsində baş verib. Hazırda futbol dünyasında ciddi narazılıqlar hökm sürür. UEFA hesab edir ki, Şimali Amerikadakı turnirin nəhəng xərcləri büdcəsi məhdud olan yığmaları maliyyə böhranı ilə üz-üzə qoya bilər. FIFA isə cavab olaraq rekord qazanc və mükafat vədlərini ön plana çıxarır. Lakin İnfantinonun xüsusi status iddiaları fonunda, mötəbər turnirin futbol deyil, məhz bürokratik ambisiyalarla müzakirə mövzusuna çevrilməsi ictimai rəydə mənfi qarşılanır.

Paylaş:

Xəbər Lenti

Qrizmann “Atletiko” ilə vidalaşdı: “Böyük bir səhv etdiyimi anladım”

18.05.26 | 15:55

Zaretska zirvəyə bir addım daha yaxınlaşdı

18.05.26 | 14:33

Kiçik kəndin böyük nağılı: «Elversberq» bundesliqada!

18.05.26 | 13:35

Aleksey İsayev: 3 klub, 200 oyun!

18.05.26 | 13:45

Ramalingom yubiley qolunu vurdu  

18.05.26 | 13:18

“Mançester Siti”də Qvardiola planı: 2028-ci ilə qədər gizli razılıq!

18.05.26 | 12:23

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45