“Barselona”nın yeni qurbanı: Əfsanələri yaradan və məhv edən sistem

20.01.26 | 07:25
Dünya futbolu

Mark-Andre ter Ştegenin “Jirona”ya icarəyə yollanması sadəcə sıradan bir transfer deyil. Bu, “Barselona”nın öz əfsanələri ilə nə qədər soyuqqanlı şəkildə vidalaşdığının növbəti dramatik sübutudur.

İllərlə “Barsa”nı təkbaşına böhranlardan çıxaran, meydana çıxdığı 423 matçın 176-da qapısını toxunulmaz saxlayan bir qəhrəman üçün Transfermarkt-ın təyin etdiyi qiymət cəmi 7 milyon avrodur. 33 yaşlı qolkiper üçün bu rəqəm futbol bazarının amansız hökmüdür.

Fabrisio Romanonun verdiyi xəbərə görə, tərəflər artıq tam razılığa gəliblər. Hadisənin ən sarsıdıcı tərəfi isə odur ki, Ter Ştegen ehtiyat skamyasında “çürüməmək” üçün illik cəmi 1 milyon avro maaşa razı olub.

Prezident Joan Laportanın “Mark-Andre burada xoşbəxtdirsə, qala bilər” sözləri, aylardır zədə və klub siyasəti (Xoan Qarsiya amili) səbəbindən formadan uzaq qalan kapitana ünvanlanmış gizli bir istehzadır. Bu, “artıq bizə lazım deyilsən” deməyin ən “nəzakətli” və ən ağrılı yoludur.

“Vest Hem”in təklifini ailəsinin rahatlığı üçün geri çevirən alman qolkiper, Barselonadan cəmi bir saatlıq məsafədə yerləşən “Jirona”nı seçdi. Bu seçim onun on ildən artıq vaxt keçirdiyi regiona olan dərin bağlılığının son nişanəsidir.

Müasir “Barselona” artıq Xavi, İnyesta və Puyolu ehtiramla yola salan o doğma klub deyil. İndiki “Barsa” maliyyə xaosu, “iqtisadi rıçaqlar” və kreativ mühasibatlıq oyunlarının mərkəzidir.

Bir neçə ildən sonra bəlkə də hər kəs almanın bir vaxtlar dünyanın ən yaxşısı olduğunu unudacaq. Çünki müasir futbolda nə keçmiş uğurlar, nə də sadiqlik heç nəyə zəmanət vermir. “Kamp Nou”da keçən 11 ildən geriyə qalan tək şey isə sadəcə 7 milyon avroluq bir “etiket”dir.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27