Azərbaycanın atıcılıq üzrə qadınlardan ibarət milli komandası beynəlxalq arenada növbəti uğura imza atıb. Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında təmsilçilərimiz 25 metr məsafəyə standart tapançadan atəş açma yarışlarında yüksək nəticə göstəriblər.
Nigar Nəsirova, Zeynəb Sultanova və Xana Əliyevadan ibarət kollektivimiz gərgin mübarizənin yekununda fəxri kürsünün üçüncü pilləsinə qalxaraq bürünc medala sahib çıxıblar.
Qeyd edək ki, bu, komandamızın turnirdəki ilk uğuru deyil. Bundan əvvəl Ruslan Lunyov və Zeynəb Sultanova cütlüyü 25 metr məsafəyə atəş üzrə qarışıq komanda (duet) yarışında gümüş medal qazanıblar.