AFFA Mətbuat Xidmətinin Rəhbərini dəyişdi

01.08.25 | 13:42
Ölkə futbolu

Elnur Məmmədli AFFA-nın mətbuat xidmətinin rəhbəri vəzifəsindən ayırlıb. AFFA onu jurnalist Murad Axundovla əvəzləyib. Özünün Facebook səhifəsində tanınmış idman şərhçisi gedişi barədə məlumat verib və AFFA-ya iki il əvvəl böyük ümidlərlə gəldiyini, jurnalistlərlə AFFA arasında körpü rolunu oynayacağına inandığını bildirib.

Xatırladaq ki, Məmmədli bu posta AFFA-nın keçmiş baş katibi Elxan Məmmədovun gedişindən sonra yaranan təlatümlərdə gəlmişdi. İmici və reputasiyası yerlə bir edilmiş bir quruma mətbuat katibi gəlmək böyük risk və cəsarət tələb edirdi. Lakin reallıq budur ki, Məmmədlinin media sahəsindəki nüfuzu və əlaqələri AFFA-ya qarşı kəskin tənqidləri yəhərləməkdə rol oynamışdı. Hətta AFFA-nın ən kəskin tənqidçiləri belə son dövrlərdə Məmmədliyə olan hörmətə görə iti qələmlərini nisbətən koruşlaşdırmışdı.

Elnur Məmmədlinin postundan belə anlamaq olur ki, onun ümid və inamları futbolumuzla bağlıdır, lakin unutmayaq ki, AFFA uzun illərdir ki, daha çox şəxsi arzu və ümidlərin gerçəkləşməsi üçün münasib yerdir. Odur ki, görünür, AFFA-nın yeni rəhbərlərinin şəxsi arzu və planları ilə təcrübəli mütəxəssisin cavabdeh olduğu sahədəki futbol naminə planları üst-üstə düşmür.   

Paylaş:

Xəbər Lenti

“Qəbələ” Adriel Ba Lua ilə yollarını ayırdı

10.06.26 | 13:17

Mourinyonun “Real”a dönüşü: “Sabun operası” yoxsa böyük qələbə?

10.06.26 | 13:36

DÇ ərəfəsində gərginlik: Etirazçılar «Azteka» stadionuna gedən yolu bağlayıblar

10.06.26 | 13:34

«Turan-Tovuz» yay transfer pəncərəsinin ilk imzasını atıb

10.06.26 | 13:36

Ayxan Abbasov San Marino qələbəsindən sonra komandadakı problemləri açıqladı

10.06.26 | 07:21

Millimiz Qırğızıstana uduzdu

09.06.26 | 23:05

“Zirə” Anatoli Nuriyevlə vidalaşdı

09.06.26 | 23:13

Məmmədyarov Erigaisi ilə heç-heçə etdi, Muradlı isə liderdir

09.06.26 | 23:21

“Qarabağ”ın yay hazırlıq planı məlum oldu

09.06.26 | 23:29

Ruy Jorje debüt matçında qələbə qazandı

09.06.26 | 23:54

“Sumqayıt”ın sabiq çalışdırıcısı “Partizan”da

09.06.26 | 23:14

Üç futbolçu paytaxt klubunu tərk etdi

09.06.26 | 17:29

Tovuzlular kapitanla vidalaşdı

09.06.26 | 17:30

Şotlandların qərarı Norveçin baş məşqçisini hövsələdən çıxardı

09.06.26 | 17:52

Xəyal Əliyev  Madridə yollandı

09.06.26 | 16:52

Afrikanın ən yaxşı hakimi ABŞ-a buraxılmadı

09.06.26 | 14:20

TV proqram

09.06.26 | 13:37

DÇ-2026-nın təqvimi

09.06.26 | 13:52

“Şafa” “Sabah”ın sabiq qolkiperi ilə anlaşdı

09.06.26 | 13:52

Roberto Çevoli: “Məqsədimiz Azərbaycanla oyunda maksimum gücümüzü göstərməkdir”

09.06.26 | 12:09