ABL-də finalın adı bəlli oldu : “Abşeron Lions” həlledici mərhələdə!

26.04.26 | 19:39
Digər növlər

Azərbaycan Basketbol Liqasında (ABL) yarımfinal həyəcanı yekunlaşıb. Günün maraqla gözlənilən qarşılaşmasında “Neftçi” və “Abşeron Lions” komandaları üz-üzə gəlib. Bakı İdman Sarayında baş tutan ikinci görüş “şirlər”in qələbəsi və finala vəsiqə qazanması ilə nəticələnib.

Seriyanın ilk oyununda rəqibini 95:89 hesabı ilə üstələyən “Abşeron Lions”, cavab qarşılaşmasında da üstünlüyünü qoruyub. Gərgin keçən mübarizənin yekununda tablo 90:81 hesablı qələbəni göstərib.

Qalib komandanın heyətində De’Ondre Cekson 27 xalla oyunun ən məhsuldar basketbolçusu olub.

Finala vəsiqə qazanmasına baxmayaraq, “Abşeron Lions” ciddi itki ilə üzləşə bilər. Komandanın amerikalı legioneri Ceyms Freyzerin “Sabah”a qarşı keçiriləcək final seriyasını qaçırmaq ehtimalı var.

Klubdan verilən məlumata görə, basketbolçunun sağ əlində şiş və sağ ayağında kəskin ağrılar mövcuddur. Freyzer özü finalda oynamaq istəsə də, onun parketə çıxıb-çıxmayacağına tibbi müayinədən sonra həkimlər qərar verəcək.

“Neftçi” – “Abşeron Lions” — 81:90 (26:30, 22:18, 16:21, 17:21)

Çempionluq uğrunda mübarizə aprelin son günlərində start götürəcək. Bütün qarşılaşmalar Bakı İdman Sarayında keçiriləcək.

Oyun         Tarix       Saat      Qarşılaşma

I oyun       29 aprel   19:00     “Sabah” – “Abşeron Lions”

II oyun       2 may       14:00     “Abşeron Lions” – “Sabah”

III oyun     5 may       19:00     “Sabah” – “Abşeron Lions”

Paylaş:

Xəbər Lenti

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07