Türkiyə millisində Çalhanoğlu şoku: “İnter”in ulduzu zədələndi

27.03.26 | 15:24
Dünya futbolu

DÇ-2026-nın final mərhələsinə vəsiqəsi uğrunda pley-off mərhələsində Rumıniya ilə qarşılaşan Türkiyə yığması minimal hesablı (1:0) qələbə sayəsində mundiala bir addım da yaxınlaşsa da, ciddi itki ilə üzləşib.

“Football-Italia” nəşrinin yaydığı məlumata görə, “ay-ulduzlular”ın kapitanı Hakan Çalhanoğlu gərgin keçən görüşdə zədələnib. 32 yaşlı yarımmüdafiəçi ağrıları səbəbindən oyunu sona qədər davam etdirə bilməyib və matçın son dəqiqələrində əvəzlənmək məcburiyyətində qalıb.

Hakan bu mövsüm İtaliya A seriyasında “İnter”in heyətində 19 oyuna çıxıb. Təcrübəli pleymeyker 8 qol və 2 məhsuldar ötürmə ilə “neradzurri”nin uğurlarında pay sahibi olub.

Milan təmsilçisi ilə 2027-ci ilə qədər müqaviləsi olan ulduz futbolçunun transfer dəyəri hazırda 18 milyon avro qiymətləndirilir.

Zədənin ciddiliyi yaxın saatlarda aparılacaq tibbi müayinədən sonra bəlli olacaq. Bu xəbər həm Türkiyə millisi, həm də çempionluq mübarizəsi aparan “İnter” düşərgəsində narahatlıqla qarşılanıb.

Paylaş:

Xəbər Lenti

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55