DÇ-2026-nın son vəsiqələrı uğrunda mübarizə davam edir. Meksikada neytral meydanda baş tutan qitələrarası pley-off mərhələsinin yarımfinalında Boliviya (CONMEBOL) və Surinam (CONCACAF) yığmaları üz-üzə gəlib.
Gərgin keçən matçın ilk hissəsində qapılara qol vurulmasa da, ikinci hissənin startı surinamlıların üstünlüyü ilə yadda qalıb. Topa sahib olmaqda üstünlük boliviyalıların tərəfində olsa da, hesabı surinamalılar açıb. Lakin buraxılan qoldan sonra təzyiqi artıran Boliviya oyunda dönüş yaratmağı bacarıb. Cəmi 7 dəqiqə ərzində vurulan iki qol matçın taleyini həll edib. Beləliklə, Surinamı 2:1 hesabı ilə məğlub edən Boliviya həlledici mərhələyə yüksəlib. İndi boliviyalıları dünya çempionatına vəsiqə yolunda sonuncu sınaq – İraq yığması ilə oyun gözləyir. Həmin qarşılaşma çərşənbə axşamından çərşənbəyə keçən gecə baş tutacaq.
Boliviya – Surinam 2:1
Paniaqua, 72; Migelito, 79 — van Qelderen, 48