“Real”in yarımmüdafiəçisi Cud Bellinghem “Monako” ilə oyunda vurduğu qolu qeyd etmə formasına aydınlıq gətirib.
Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turunda “Real” böyükhesablı qələbə qazanıb (6:1). İngilis futbolçu 80-ci dəqiqədə qol vurduqdan sonra sanki qədəhdən içirmiş kimi bir hərəkətlə sevincini nümayiş etdirib. Qeyd edək ki, bir müddət əvvəl ispaniyalı bloger AuronPlay ingilis futbolçunun alkoqol problemi olduğu barədə iddialar irəli sürmüşdü.
Bellinghem bu barədə belə deyib: “İnsanlar çox şey danışırlar. Buna görə ağlamaq da olar, sevinmək də. Mən azarkeşlərə cavabımı verdim. Həqiqəti bilirəm”.
Bellinghem, həmçinin “Santyaqo Bernabeu”da azarkeşlərin komandanı fitə basması barədə də fikirlərini bölüşüb: “Həmişə demişəm ki, azarkeşlər bütün həftə boyu işləyirlər, bura gəlmək üçün pul ödəyirlər və onların istədiklərini etmək (etiraz etmək) hüququ var”.