Salah və Mane dueli: “Fironlar”ın sükutu, “Şirlər”in final sevinci

15.01.26 | 08:24
Dünya futbolu

Salaha yenə Maneyə uduzdu

Afrika Millətlər Kubokunun (AMK-2025) ilk yarımfinalı məhz bu afişa altında keçdi: Salah Maneyə qarşı. Əslində, bu qarşıdurma üçün fərqli kontekstlər də tapmaq olardı. Məsələn, “fironlar”ın turnirin rekordçusu olması və 1/4 finalda son çempion Kot-d’İvuarı mübarizədən kənarlaşdırması oyuna xüsusi rəng qatırdı. Beləliklə, Misir builki yarımfinalda turnirin ondan əvvəlki qalibi ilə üz-üzə gəlirdi.

Maraqlıdır ki, “Teranqa şirləri” AMK-nın yarımfinal mərhələsində Misirlə daha əvvəl də qarşılaşıb. 2006-cı ildə seneqallılar məğlub olsalar da, 2021-ci ilin finalında Mane penaltilər seriyasında Salaha qalib gəlmiş, daha sonra eyni ssenarini DÇ-2022-nin seçmə mərhələsində təkrarlanmışdı. Bir sözlə, bu rəqabəti artıq futbol dünyasının “klassikası” adlandırmaq olar. Sevindirici hal idi ki, hər iki komanda bu oyuna optimal heyətlə çıxmışdı.

Lakin oyun gözlənildiyi qədər məhsuldar keçmədi. “Fironlar” hücum xəttində demək olar ki, heç nə yarada bilmədilər. Düzdür, rəqib də buna imkan vermirdi. Əgər 1/4 finalda Marmuş və Salah əks-hücumlarda rəqibi darmadağın edib, 4 zərbədən 3 qol vurmuşdularsa, Seneqalla oyunda bu super ulduzlar kölgədə qaldılar.

Oyunun taleyini isə Sadio Manenin 78-ci dəqiqədə vurduğu yeganə qol həll etdi. Mane rəqib cərimə meydançasının yaxınlığında rikoşetdən sonra topu ələ keçirərək, yaxın (sol) küncə yerdən güclü və dəqiq zərbə endirdi. Qapıçı belə bir zərbəni gözləmirdi – 1:0.

Yalnız buraxılan qoldan sonra misirlilər hücum etmək lazım olduğunu xatırladılar. “Fironlar” son dəqiqələrdə rəqib qapısına təzyiq göstərməyə çalışsalar da, bu, daha çox xaotik hücumları xatırladırdı. Cərimə meydançasında bir neçə təhlükəli epizod yaransa da, qapıya ikinci zərbə yalnız əlavə olunmuş son dəqiqədə vuruldu. Marmuşun uzaq məsafədən endirdiyi zərbə isə qapıçı Mendi üçün ciddi problem yaratmadı.

Yekunda final fiti Seneqalın layiqli qələbəsini rəsmiləşdirdi. Mane bir daha Salaha qalib gəldi və “Teranqa şirləri” AMK-2025-in ilk finalçısı oldu.

Paylaş:

Xəbər Lenti

Millimiz Ulan-Bator “Böyük Dəbilqə”sinə tam heyətlə yollanır

17.06.26 | 16:05

Messi və Mbappe mütləq zirvə uğrunda mmansız mübarizədə!

17.06.26 | 16:54

“Qarabağ”dan milyonluq transfer: Fabrisio Romano və MARCA təsdiqlədi          

17.06.26 | 16:48

Avropa Liqasında püşk atıldı: “Qarabağ”ın II mərhələdəki potensial rəqibləri bəllidir

17.06.26 | 16:57

“Araz-Naxçıvan” Ülvi İsgəndərovla müqaviləni yenilədi

17.06.26 | 14:26

“Sabah”ın ÇL-dəki potensial rəqibi: “Vardar” və ya “KuPS”

17.06.26 | 14:37

Milli Bakıda iki sınaq matçına çıxacaq

17.06.26 | 13:26

Cəlal Hüseynov “Petrolul”a keçib

17.06.26 | 13:15

Avstriya İordaniyaya üzərində qələbə qazandı

17.06.26 | 09:34

Messi 3 qolla tarixi rekorda çatdı

17.06.26 | 07:52

Norveç İraq üzərində böyük hesablı qələbə qazandı

17.06.26 | 07:57

Alfonso Dominqesdən minimum bürünc

17.06.26 | 07:19

Seneqal Fransaya ikinci hissədə təslim oldu

16.06.26 | 23:28

Alfonso Dominqesdən minimum bürünc

16.06.26 | 23:43

Püşk “Qarabağ”a İslandiya klubunu rəqib seçdi

16.06.26 | 23:14

“Zirə”nin Konfrans Liqasındakı  rəqibi bəlli oldu: “Qartallar” Gürcüstan təmsilçisi ilə qarşılaşacaq

16.06.26 | 23:30

Çempionlar Liqasında püşk atıldı: “Sabah” Uels klubu ilə qatşılaşacaq

16.06.26 | 18:02

Messinin DÇ-2026-dakı “təvazökar” sığınacağı: BILD Argentina düşərgəsinin sirlərini açır

16.06.26 | 17:58

Memonun vida göz yaşları: “Milli komandasız bir karyera təsəvvür edə bilmirəm”

16.06.26 | 17:28

İspanlar çıxılmaz vəziyyətdə: “Bu, tarixi bir uğursuzluqdur!”

16.06.26 | 17:06