ESPN telekanalına müsahibəsində Pep Qvardioladan söz açan Lionel Messi onunla bağli xatirələrini bölüşüb. Messinin indiyədək işlədiyi məşqçiləri arasında Pepin xüsusi yeri olduğunu deyib: “Bir dəfə yollarımız kəsişdi, ancaq onda mən onu tanımırdım. “Barselona”da məşqçimiz olana qədər heç bir münasibətimiz olmamışdır. Yaxşı məşqçilər çoxdur, ancaq onun başqalarından fərqləndirən özünə məxsus xüsusiyyətləri var. Mənim üçün o, işlədiyim məşqçilərin hamısının arasında ən yaxşısıdır və Pep unikaldır. Onun Skaloni ilə bənzər cəhətləri var: həyata baxış tərzi, matçlara hazırlaşması, ünsiyyət qurması… ancaq mənim üçün o, ən yaxşısıdır. “Barselona”da yollarımız kəsişdiyinə görə bəxtimiz gətirmişdir. O, istədiyinə çatmaq üçün bütün lazımi elementlərə sahib idi.
Sonra başqa bir kluba keçdi və qalib gəlməyə davam etdi. Söhbət təkcə komandanın uğur qazanmasından yox, həm də necə oynamasından gedir. O, bunu “Bavariya”da, “Mançester Siti”də göstərdi. “Bavariya” ilə Çempionlar Liqasını qazanmasa da, fərqli bir üsluba öyrəşdikləri Almaniyada komandanın oyun tərzini dəyişdirdi. İngiltərədə də eyni şeyi bacardı… O, yalnız komandanı deyil, bütün liqanın oyun tərzini dəyişdirir..
Əvvəldən münasibətlərimiz əla olub. Onunla çox yaxın idik, çox danışırdıq və ondan çox şey öyrəndim. Onun sayəsində oyunuma bacardıqlarımdan başqa, bir çox şeyləridə əlavə etdim. Ondan çox şey öyrəndim – necə hərəkət etməyi, meydandakı boşluğu necə oxumağı.
Hətta məni yalançı doqquzluq kimi təyin etdi və “Barselona”nın gənclər komandasında hücumçunun arxasında oynayırdım. Bu, mənim mövqeyim idi. Raykaardın dönəmində debüt edəndə və daha sonra Pepin rəhbərliyi altında mən cinah yarımmüdafiəçisi kimi oynayirdım. Anca onadək həmin mövqedə heç vaxt oynamamışdım. Amma oyunumu inkişaf etdirməyə və futbolçu kimi böyüməyə davam etdim”.