Hindistanın Qoa şəhərində keçirilən şahmat üzrə Dünya kubokunda 1/64 final mərhələsinin tay-breyk oynları keçirilib. Macar Gergel Kantoruyla qarşılaşan Şəhriyar Məmmədyarov rəqibini məğlub edərək növbəti mərhələyə adlayıb. Rauf Məmmədov alman Rasmus Svainə, Aydın Süleymanlı rumın Boqdan-Daniel Deacaya uduzaraq turnirdə çxışını başa vurub.
Xatırladaq ki, noyabrın 26-da başa çatacaq Dünya Kubokunun ümumi mükafat fondu 2 mln. ABŞ dollardır. Turnirin qalibi olacaq şahmatçının payına 120.000 ABŞ dolları düşəcək.