Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında futzal üzrə milli komandamız ilk oyununu keçirib. Liviya yığması ilə qarşılaşan yığmamız 5:4 hesablı qələbə qazanıb. Millimizin heyətində Fərid Abbasov het-trik, Mirzə Əmirov dubla imza atıb.
Millimiz noyabrın 6-da Özbəkistan yığmasını sınağa çəkəcək.