Liverpulda keçirilən Dünya Kubokunda daha bir boksçumuz ilk dördlüyə düşüb. 75 kq çəkidə yarışan Səidcəmşid Cəfərov 1/4 finalda ukraynalı Pavlo İlliuşaya şans verməyib. Boksçumuz qalib gələrək özü üçün ən azı bürünc medalı təmin edib.
Bununla da Dünya Çempionatında azı iki medalımız var. Bundan əvvəl Alfonso Dominqes də yarımfinala çıxmışdı.