Budapeştdən iki medal: Məmmədəliyevdən qızıl, Qələndərzadədən bürünc

12.09.26 | 21:04
Digər növlər

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir. Yarışın ikinci günündə Azərbaycan milli komandasının daha 4 təmsilçisi tatami üzərinə çıxıb.

73 kq çəki dərəcəsində Rəşid Məmmədəliyev turnirə inamlı qələbə ilə başlayaraq fransalı Orlando Kazorlanı məğlub edib. Təmsilçimiz 1/16 finalda Oskar Pertelsenə (Estoniya), 1/8 finalda isə Renat Kroitoruya (Moldova) qalib gəlib. Dörddəbir finalda İsrail cüdoçusu Ohad Moritsi üstələyən Məmmədəliyev yarımfinala yüksəlib. Bu mərhələdə yaponiyalı Şusuku Uçimuranı da məğlub edən idmançımız adını finala yazdırıb. Həlledici qarşılaşmada isə İsveç təmsilçisi Narek Vardanyanı məğlubiyyətə uğradan Rəşid Məmmədəliyev turnirin qızıl medulla başa vurub.

Bu çəkidə mübarizə aparan digər cüdoçumuz Kamran Süleymanov isə ilk görüşdəcə Natan Kadinyana (Fransa) uduzaraq mübarizəni vaxtından əvvəl dayandırıb.

81 kq çəki dərəcəsində Vüsal Qələndərzadə startda Odisseas Qeorqakisdən (Kipr) üstün olub. Cüdoçumuz 1/16 finalda Abdul-Kərim Tasuyevə (Rusiya), 1/8 finalda bolqarıstanl Hristov Valkova (Bolqarıstan), dörddəbir finalda isə Vasiliye Qruyiçiçə (Serbiya) qalib gələrək yarımfinala adlayıb. Yarımfinalda Yaponiya təmsilçisi Yoşito Hojoya yenilən  Vüsal təsəlliverici görüşə çıxıb. Bürünc medal uğrunda qarşılaşmada Naçe Herkoviçi (Sloveniya) məğlub edən 3-cü yeri tutub.

Bu çəkidə çıxış etməli olan Hidayət Heydərov zədə səbəbindən turnirdə iştirak etməyib.

77 kq çəki dərəcəsində mübarizə aparan qadınların yarışında  isə Südabə Ağayeva ilk görüşdə Tais Pineyə (Portuqaliya) məğlub olaraq yarışla erkən vidalaşıb.

İkinci günün yekunlarına əsasən, millimizin hesabında 2 (1 qızıl, 1 bürünc) medal var. Rəşid Məmmədəliyev (73 kq) turnirin çempionu olub, Vüsal Qələndərzadə (81 kq) isə bürünc medala qazanlb.

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” – “Şamaxı” matçında qalib müəyyənləşmədi

12.09.26 | 22:41

Timoteuş Puxaç: “Mançester Yunayted”lə matçdan sonra Polşa millisindən zəng gəldi”

12.09.26 | 21:22

Ruy Jorje heyəti açıqladı: U-20 millisi Qəbələdə toplanışa yığışır

12.09.26 | 21:36

Budapeştdən iki medal: Məmmədəliyevdən qızıl, Qələndərzadədən bürünc

12.09.26 | 21:04

Amil Ağacanov: “Qələbə qazanmaq üçün xarakter və istək çatmadı”

12.09.26 | 21:54

Azər Məmmədov: “Zaman verilsə, əvvəlki əzəmətli ‘Kəpəz’i geri qaytaracağıq”

12.09.26 | 20:39

Viktor Stina “Kəpəz”ə qələbə qazandırdı

12.09.26 | 20:33

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19