Almaniyanın Frankfurt şəhərində keçirilən karate üzrə Avropa çempionatı davam edir. Turnirin ikinci günündə dörd karateçimiz tatami üzərinə çıxıb.
Mübarizəyə qoşulan Aslan Dostuyev (60 kq), Fərid Hacızadə (67 kq), Fatimə Məmmədova (50 kq) və Mədinə Sadıqova (55 kq) arasında ən uğurlu nəticəni Mədinə Sadıqova göstərib. O, inamlı çıxışı ilə finala vəsiqə qazanmağı bacarıb.
Çempionatın ilk günündə qüvvəsini sınayan yeddi idmançımızdan ikisi – Gülay Oruczadə (61 kq) və İrina Zaretska (68 kq) uğurlu çıxış edərək bürünc medal uğrunda döyüşmək hüququ əldə ediblər. Onların həlledici qarşılaşması mayın 23-də olacaq.
Xatırladaq ki, Avropa çempionatına mayın 24-də yekun vurulacaq.