2026/2027-ci illər mövsümü üçün transfer çalışmalarına start verən “Qarabağ” ilk rəsmi müqaviləni imzalayıb. Ağdam təmsilçisi fransalı vinger Jali Muaddibi heyətinə qatıb.
Klubun rəsmi saytının yaydığı məlumata görə, 25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 3 illik sözləşmə imzalanıb. Bu gün tibbi müayinədən uğurla keçən fransalı oyunçu 2029-cu ilin yayına qədər “köhlən atlar”ın uğurları üçün tər tökəcək. Yeni transferin komandada hansı nömrə altında çıxış edəcəyi də dəqiqləşib, Belə ki, o, “Qarabağ”da 7 nömrəli formanı geyinəcək.
Jali Muaddibin son klubu Kiprin “Omoniya” (Aradipou) klubu olub. Karyerası ərzində Fransada “Lill” və “Anje”nin B komandalarının, həmçinin “Avranş”ın şərəfini qoruyan vinger, Rumıniyada “Botoşani” klubunda da legioner həyatı yaşayıb. 25 yaşlı futbolçu zamanında Fransanın U-19 milli komandasına da cəlb olunub.