“Sabah”ın təcrübəli yarımmüdafiəçisi Aleksey İsayev Azərbaycan futbol elitasında əlamətdar yubileyə imza atıb.
PFL-in rəsmi məlumatına görə, Misli Premyer Liqasının XXXII turunda baş tutan “Neftçi” ilə qarşılaşma ulduz xavbek üçün ölkə çempionatlarında yubiley — 200-cü matç olub.
Azərbaycan çempionatlarında debütünü 2018/19 mövsümündə “Sumqayıt”ın heyətində edən İsayev, geridə qalan müddət ərzində sabit oyunu ilə seçilib və rəqib qapılarına 15 qol vurmağı bacarıb. Təcrübəli yarımmüdafiəçi zəngin Premyer Liqa karyerası ərzində 3 fərqli klubun şərəfini qoruyub: “Sabah” (118 oyun, 14 qol), “Qarabağ” (44 oyun, 1 qol) və “Sumqayıt” (38 oyun).