“İmişli” futbol klubunda baş məşqçi dəyişikliyi gözlənilir. Portuqaliyalı mütəxəssis Jorj Kaşkilva ilə rəhbərlik arasında aparılan danışıqlar nəticəsiz qalıb. Klubun qalmaq istəyinə rəğmən, təcrübəli məşqçinin yeni müqavilə üçün tələb etdiyi şərtlər tərəflər arasında ortaq məxrəcin tapılmasına imkan verməyib.
Artıq mövsümün sonunda Kaşkilvanın ölkəmizdən ayrılacağı dəqiqləşib. Lakin portuqaliyalının gələcək planları sual altındadır. Onun yenidən ölkəmizə dönərək Premyer Liqa təmsilçilərindən birinə rəhbərlik edəcəyi və ya legioner həyatını fərqli bir ölkədə davam etdirəcəyi yaxın vaxtlarda bəlli olacaq.