Holandın uşaqlıq dostu millinin baş aşpazı oldu

07.05.26 | 19:13
Dünya futbolu

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi 2026-cı il Dünya Çempionatına hazırlıqlarını davam etdirən Norveç millisi, turnir zamanı futbolçuların qidalanma rasionunu ölkənin ən yaxşı kulinarlarına həvalə edib. Norveç Futbol Federasiyası (NFF) mötəbər turnirə üç yüksək ixtisaslı aşpaz aparacağını rəsmən açıqlayıb.

Aşpazlar briqadasının ən diqqətçəkən siması “Mançester Siti”nin ulduzu Erlinq Holandın uşaqlıq dostu Aron Espelanddır. Fransız mətbəxi üzrə ixtisaslaşan və 2020-ci ildə Ştutqartda keçirilən Kulinariya Olimpiadasının qızıl mükafatçısı olan Espeland, bu təyinatdan böyük qürur duyduğunu bildirib: “Erlinqlə uşaqlıqdan tanışıq. Brin şəhərində bir yerdə böyümüşük, oyunlar oynamışıq. İndi isə yollarımız ABŞ-da kəsişəcək. Onun və komanda yoldaşlarının hər bir arzusunu yerinə yetirəcək, onlar üçün ən dadlı təamları hazırlayacağam”.

NFF-nin planına əsasən, heyətdə Espelandla yanaşı, Oslonun məşhur “Cru” restoranının rəhbəri Eyrik Tufte və uzun illərdir milli komandada çalışan təcrübəli şef Kristian Karlsson da yer alacaq. Federasiya üç fərqli məkanda — Qrinsborodakı təlim-məşq bazasında, həmçinin Boston və Nyu-Cersidəki otellərdə oyunçuların fərdi ehtiyaclarına uyğun qidalanmasını təmin etmək üçün bu addımı atıb. Hazırlıq prosesinin koordinatoru Truls Daeli məsələyə belə aydınlıq gətirib: “Dünya Çempionatı kimi turnirlərdə hər bir detal həlledici rol oynayır. Biz heç bir şeyi təsadüfə buraxmırıq və futbolçularımızın komfortu üçün heç bir xərcdən qaçmırıq”. Norveç millisinin qrup mərhələsindəki rəqibləri və qarşılaşacağı şəhərlər artıq dəqiqləşib. ‘Vikinqlər’ iyunun 17-də Bostonda İraq seçməsi ilə mundialdakı yürüşünə start verəcək. İyunun 23-də Nyu-Cersidə Seneqal ilə üz-üzə gələcək şimal təmsilçisi, qrupdakı son sınağına iyunun 26-da yenidən Bostonda, Fransa qarşısında çıxacaq.

Paylaş:

Xəbər Lenti

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07