Düşənbə Böyük Dəbilqəsi: cüdoçularmız finalın bir addımlığında

03.05.26 | 14:03
Digər növlər

Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri başa çatmaq üzrədir. Yarışın son günündə ölkəmizin ağır çəkili pəhləvanları uğurlu çıxışları ilə diqqət mərkəzinə düşüblər.

+100 kq çəki dərəcəsində çıxış edən hər iki cüdoçumuz bütün rəqiblərini məğlub edərək yarımfinal mərhələsinə yüksəliblər. Turnirə inamlı start verən Uşanqi Kokauri, ilk görüşündə iranlı rəqibi Məhəmmədpuria Banayan Tolkini üstələyib. Dörddəbir finalda Rumıniya təmsilçisi Darius Dobreni mübarizədən kənarlaşdıran təcrübəli idmançımız adını yarımfinala yazdırıb. O, finala gedən yolda polşalı Yakub Sordil ilə qarşılaşacaq.

Digər təmsilçimiz Camal Qamzatxanov da komanda yoldaşından geri qalmayıb. O, startda Yovan Pekoviçi (Monteneqro), növbəti mərhələdə isə çinli Hayanq Lini məğlub edərək yarımfinala vəsiqə qazanıb. Qamzatxanovun final yolundakı rəqibi rusiyalı Bislan Katamardov olacaq.

Xatırladaq ki, hazırda millimizin aktivində bir medal var. Turnirin əvvəlki günlərində Rəşid Məmmədəliyev (73 kq) bürünc medala sahib çıxaraq komandamızın hesabına ilk mükafatı yazdırıb.

Paylaş:

Xəbər Lenti

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07