“Neftçi”dən “Qarabağ”la oyunlar üçün “2-si 1-də” paketi

19.04.26 | 14:36
Ölkə futbolu

Premyer Liqanın mərkəzi qarşılaşmaları öncəsi “Neftçi” nin azarkeşləri sevindirəcək xüsusi aksiya və təhlükəsizlik qaydalarını elan edib. Paytaxt təmsilçisi “Qarabağ”la keçiriləcək ardıcıl iki ev oyunu üçün bilet satışına start verib.

Klubun rəsmi saytının yaydığı məlumata görə, “ağ-qaralar” 29-cu tur çərçivəsində (26 aprel, saat 19:00) və 21-ci turdan təxirə salınmış matçda (30 aprel, saat 20:00) Ağdam kollektivini qəbul edəcək. Azarkeşlər üçün ən böyük sürpriz isə bilet aksiyasıdır: bir bilet almaqla hər iki qarşılaşmanı izləmək mümkün olacaq.

Biletlərin qiyməti tək oyun üçün sektorlardan asılı olaraq 2, 3, 5, 15 və 20 manat təşkil edir. Hər iki qarşılaşmanı əhatə edən xüsusi paket biletlərin qiyməti isə müvafiq olaraq 3, 5, 8, 27 və 36 manat arasında dəyişir.

Hər iki matça giriş imkanı verən paket biletlərini yalnız onlayn qaydada – klubun rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Tək oyunluq biletlər isə matç günü stadionun kassalarında da satışda olacaq.

Hər iki qarşılaşma “Palms Sports Arena”da baş tutacaq. Oyuna olan böyük marağı nəzərə alan “Neftçi” rəhbərliyi təhlükəsizlik tədbirlərini gücləndirib. Qonaq fanatlar üçün stadionun “Qərb 2” sektoru ayrılıb. Onlar biletləri oyun günü məhz özləri üçün ayrılmış xüsusi kassadan ala bilərlər. Təhlükəsizlik mülahizələrinə əsasən, “Qarabağ”ın forması, şərf və ya digər atributlarını daşıyan şəxslərin “Neftçi” azarkeşləri üçün nəzərdə tutulmuş sektorlara girişi qadağan ediləcək.Bu addımlar azarkeşlər arasında yarana biləcək hər hansı xoşagəlməz halın qarşısını almaq və idman bayramı ab-havasını qorumaq məqsədi daşıyır.

Paylaş:

Xəbər Lenti

Zelim Kotsoyev bürünc medal şansını itirdi

19.04.26 | 17:25

Mataratsso İspaniya Kral Kuboku ilə Avropa futbolu tarixinə düşdü

19.04.26 | 15:57

“Sabah”a ağır itki: Mikelsin üz sümüyü sınıb

19.04.26 | 14:37

Şahmatçılarımız tarixi zəfərin astanasında

19.04.26 | 14:04

“Neftçi”dən “Qarabağ”la oyunlar üçün “2-si 1-də” paketi

19.04.26 | 14:36

Nəriman Axundzadə növbəti matçına çıxdı: “Kolambus Kryu” məğlub oldu

19.04.26 | 12:38

Tiflisdə fərdi yarışlara yekun vurulur: Kotsoyevdən uğurlu start

19.04.26 | 12:40

Ölkə kubokunda finalın adı məlum oldu

19.04.26 | 01:35

Qurban Qurbanovdan sərt xəbərdarlıq: “Klubun adı “Qarabağ”dırsa, heç kimə güzəşt olmayacaq!”

19.04.26 | 00:39

Valdas Dambrauskas: “Bu oyunu məşqçilik kurslarında nümunə kimi göstərmək olar”

19.04.26 | 00:28

Füzuli Məmmədov: “Şamaxı” çempionatın ən intizamlı komandasıdır”

18.04.26 | 20:35

“Sabah” “Qarabağ”ı məğlub edərək çempionluğa yaxınlaşdı

18.04.26 | 19:35

Boksçularmız Braziliyada olimpiya lisenziyaları uğrunda mübarizəyə qoşulur

18.04.26 | 19:56

Ayxan Abbasov: “Məğlubiyyətimizə səbəb şanssızlıq yox, ustalıq səviyyəsidir”

18.04.26 | 19:59

Tbilisidən son durum: Millimizin hesabında 4 medal var

18.04.26 | 19:32

Yevlaxda vacib qələbə: “Karvan” elitada qalmaq üçün “döyüşür”

18.04.26 | 17:49

Zirədə son dəqiqə qolu: “Neftçi” qələbəni əldən verdi

17.04.26 | 23:06

AFFA-dan aşağı liqalarla bağlı yeni qərar: Komanda sayı artırılacaq

17.04.26 | 15:14

“İnter Mayami”dən Maskerano getdi, Xavi gəlir?

17.04.26 | 15:00

Hidayət Heydərov karyerasında 6-cı dəfə Avropa çempionatının finalında

17.04.26 | 14:23