Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14
Dünya futbolu

“Qalatasaray”ın nigeriyalı ulduzu Viktor Osimhen ağır zədəsinə baxmayaraq, tərəfdarları həyəcanlandıracaq iddialı bir qərar verib. Qol maşını, aprelin 26-da baş tutacaq kritik “Fənərbaxça” derbisini qaçırmamaq üçün tibbi riskləri gözə alıb.

Ötən həftə İstanbulda əlindən əməliyyat olunan 26 yaşlı hücumçunun vəziyyəti klubun baş həkimi Yener İncə tərəfindən anbaan izlənilir. Reabilitasiya prosesi plan üzrə getsə də, tibbi heyətin ilkin rəyi Osimhenin yaşıl meydanlardan 4-6 həftə uzaq qalacağı yönündədir. Mövcud proqnoza əsasən, nigeriyalı forvardın “Trabzonspor”, “Göztəpə”, “Kocaelispor”, “Gənclərbirliyi” oyunlarını buraxacaq.

Lakin Osimhenin hədəfi fərqlidir. O, çempionluq yolunda həlledici rol oynayan “Fənərbaxça” derbisində komandasını tək qoymaq niyyətində deyil. Ulduz futbolçu rəhbərliklə görüşərək qətiyyətini bu sözlərlə ifadə edib: “Nə olursa olsun, o derbidə sahədə olacağam!”

Bu mövsüm “sarı-qırmızılı” forma ilə möhtəşəm performans sərgiləyən Osimhen, superliqa və Çempionlar Liqasında çıxdığı 29 matçda 19 qol və 7 məhsuldar ötürmə ilə komandanın hücum xəttinin əsas qüvvəsi olduğunu sübut edib.

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21