Miroslav Stupar: Ukrayna millisinə “Neftçi”nin baş məşqçisini məsləhət gördü

29.03.26 | 15:48
Dünya futbolu

Ukrayna futbolunda Sergey Rebrov erası başa çatmaq üzrədir. Komandanın DÇ-2026-dan kənarda qalması 51 yaşlı mütəxəssisin gələcəyini ciddi sual altına salıb. Müqavilə müddətinin bitməsinə az qalmış ekspertlər artıq yeni namizədləri müzakirə edirlər.

“Sport.ua” portalına danışan sabiq FİFA referisi Miroslav Stupar Rebrovun texniki zonadakı həddindən artıq soyuqqanlılığını onun ən böyük mənfi cəhəti kimi qiymətləndirib.

Ekspertin fikrincə, bu, futbolçuların oyununa da mənfi təsir göstərir: “Mən hesab edirəm ki, millinin sükanı arxasına bizim reallıqlara bələd olan, futbolçuların mentalitetini bilən yerli mütəxəssis keçməlidir. Bu şəxs xarizmatik, güclü motivator və oyunçular arasında böyük nüfuza sahib biri olmalıdır. Təəssüf ki, Sergey Rebrov oyun zamanı emosiyasızdır və bu, komandaya fayda vermir. Bəlkə də elə buna görə futbolçular meydanda monoton, enerjisiz və çox vaxt iradəsiz görünürlər”.

Stupar qeyd edir ki, hazırda Ukrayna futboluna Vitali Kvartsyani tipində, sərt və tələbkar məşqçi lazımdır. Lakin Kvartsyani artıq uzun müddətdir təcrübədə deyil. Bu məqamda ekspertin diqqət çəkdiyi əsas ad hazırda Azərbaycan Premyer Liqasında çalışan mütəxəssisdir: “Yerli klublarda çalışan məşqçilər arasında lazımi keyfiyyətlərə malik namizəd tapmaq çətindir. Məhz buna görə də Yuri Vernidubun dəvət olunması ağlabatandır. Onun rəhbərlik etdiyi komandalar döyüşkən xarakterlərinə görə həmişə seçiliblər. Düzdür, Vernidub hazırda Azərbaycanda çalışır, amma inanıram ki, o, milli komandaya rəhbərlik etmək təklifindən imtina etməz. Çünki bu, hər bir məşqçinin arzusudur”.

Xatırladaq ki, Yuri Vernidub hazırda “Neftçi”nin baş məşqçisidir. Onun Ukrayna millisinə mümkün keçidi həm Ukrayna, həm də Azərbaycan idman mediasında geniş rezonans doğura bilər.

Paylaş:

Xəbər Lenti

Meksika pley-off-u təmin etdi

19.06.26 | 08:06

TV PROQRAM

19.06.26 | 00:50

Tarixi oyun, tarixi jest: Əfsanəvi Kollina Kovaç üçün görünməmiş hədiyyə hazırladı

19.06.26 | 00:31

Qətər 9 oyunçu ilə darmadağın oldu

19.06.26 | 00:03

Neymarın zədəsi tam sağalmayıb: Haiti ilə oyunuda buraxacaq

19.06.26 | 00:42

Avtoqraf istəyən cani və itirilmiş gözlər: Yoan Vissanın dəhşətli hekayəsi

18.06.26 | 23:02

İsveçrə Bosniyanı son 15 dəqiqədə tar-mar etdi

18.06.26 | 23:04

“Qarabağ”ın yetirməsi legioner həyatı yaşayacaq: Yeni klubu bəlli oldu

18.06.26 | 23:50

“Zirə” Avrokubok oyunlarına Bakıda və Boluda hazırlaşır

18.06.26 | 20:31

Çexiya və Cənubi Afrikadan hər iki komandanı çətin duruma salan sülüh

18.06.26 | 20:59

“Turan Tovuz” Türkiyə toplanışını ləğv edərək vətənə döndü!

18.06.26 | 18:05

Çempionlar Liqasının püşkü atıldı: “Neftçi”nin ilk rəqibi bəlli oldu

18.06.26 | 18:09

Kevin Medina “Qarabağ”la vidalaşdı: “Bu klub bir tarixdir!”

18.06.26 | 14:16

“Səbail”də Adil Şükürov dönəmi başa çatdı

18.06.26 | 13:29

DÇ-2026: Ulduzların qollarındakı xüsusi rəmzlər və mənası

18.06.26 | 13:28

DÇ-2026-da “su fasiləsi” qalmaqalı: Azarkeşlər qəzəbli, məşqçilər məmnun

18.06.26 | 13:39

Ronaldunun kabusu davam edir: Həm qol vura bilmədi, həm də rəqibindən “yaş” zərbəsi aldı!

18.06.26 | 13:25

Özbəkistan debüt oyununda uduzdu

18.06.26 | 07:07

Qana gözlənilən 3 xalı son dəqiqələrdə qazandı

18.06.26 | 07:40

Keyn tarix yazdı, İngiltərə qələbə ilə başladı

18.06.26 | 07:39